Axtarış...

Rusiya MN təyyarə qəzasının səbəbini açıqladı

Rusiya MN təyyarə qəzasının səbəbini açıqladı


Rusiya Müdafiə Nazirliyi Krasnodar diyarının Yeysk şəhərində hərbi təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda 2022-ci il oktyabrın 17-də Cənub Hərbi Dairəsinin hərbi aerodromundan təlim uçuşu yerinə yetirmək üçün hündürlük yığımağa çalışan “SU-34” təyyarəsinin Yeysk şəhərində qəzaya uğradığı bildirilib.

“Katapult edən pilotların məruzələrinə görə, təyyarənin qəzaya uğramasına səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub. “SU-34”-ün yaşayış məntəqələrindən birinin həyətində qəzaya uğradığı yerdə təyyarənin yanacağı alışıb”, - deyə məlumatda qeyd olunub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz