İcbari Tibbi Sığorta ilə bağlı özəl klinikalarda əməliyyata gedənlərdən bəzi klinikalar pul almağa başlayıblar. Belə klinikalardan biri də “Batıgöz” klinikasıdır.
PİA.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Sizə təqdim etdiyimiz videoda da bildirilir ki, “Batıgöz” klinikası və bir neçə digər klinikalar əməliyyat üçün xəstədən tələb olunan vəsaitin üçdəbir hissəsini tələb edirlər. Maraqlıdır ki, TƏBİB-də bu məlumatı təsdiqləyib və bildirilir ki, TƏBİB-lə icbari sığorta ilə bağlı müqavilə bağlayan bir neçə klinika xəstələrdən pul alırlar. Bəs bu, qanuna nə qədər uyğundur?
Xatırladaq ki, redaksiyamıza “Batıgöz Azərbaycan” klinikasının icbari sığorta ilə əməliyyat olunan xəstələrdən əlavə pul alması ilə bağlı bir neçə şikayət daxil olub.
Məsələ ilə bağlı TƏBİB-in açıqlama yayması və bəzi klinikaların xəstələrdən əlavə pul almasının nə qədər qanunauyğun olması ilə bağlı açıqlama verməsi doğru olardı. Digər tərəfdən, TƏBİB-lə “Batıgöz” klinikası və digər klinikalar arasında imzalanan müqavilədə xəstələrdən əlavə pul alınması nəzərdə tutulubmu?
Qeyd edək ki, “Batıgöz Azərbaycan” klinikası 2021-ci ildə Türkiyədə fəaliyyət göstərən Batıgöz Sağlıq Qrupu tərəfindən açılıb. Qrupun İdarə heyətinin rəhbəri Mehmet Söylerdir
PİA.az