Azərbaycanda özəl klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir.
Bu barədə məlumatı Marja.az yayıb.
Məsələ ilə bağlı TƏBİB-dən Axar.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, özəl klinikalarda koronavirus testinin aparılmaması ilə bağlı hər hansı göstəriş olmayıb.
Qurumdan həmçinin bildirilib ki, özəl klinikalar TƏBİB-ə tabe deyil və onlar öz işlərini özləri qururlar.