Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Bakıdakarxana fəaliyyəti ilə məşğul olansahibkarlarla görüş keçirəcək. Görüşdə istismarçıların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları cavablandırılacaq. Görüş 27 oktyabr tarixində Bakıda, Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçiriləcək.
Bu kimi görüşlərin təşkil olunmasında əsas məqsəd karxana fəaliyyəti ilə məşğul olan sahibkarları bu sahənin hüquqi normaları haqqında maarifləndirmək, onların qarşılaşdıqları problemlər ilə tanış olmaq və hər birini dinləməkdir. Belə ki, təşkil olunan görüşdə agentliyin mütəxəssisləri tərəfindən faydalı qazıntı yataqlarının istismar qaydaları, hüquqi tənzimlənməsi sual-cavab formatında istismarçıların diqqətinə çatdırılcaqdır. Hər bir sahibkar görüşdə iştirak edə bilər.
Daha ətraflı məlumat və ya iştirak üçün +994 55455 80 87 əlaqə nömrəsinə zəng edə bilərsiniz.
Məlumat üçün qeyd edək ki, Agentlik haqqında son xəbərləri və yenilikləri agentliyin rəsmi internet səhifəsi (www.meda.gov.az) və ya sosial platformada mövcud Facebook və Linkedin səhifələrindən əldə edə bilərsiniz.