Axtarış...

Nazirlikdən ovçuluq təsərrüfatları ilə bağlı — AÇIQLAMA

Nazirlikdən ovçuluq təsərrüfatları ilə bağlı — AÇIQLAMA

Mövcud ovçuluq təsərrüfatlarının müasir, sivil tələblərə uyğun yenidən qurulması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Nazirlikdən "Ölkə.Az"a verilən məlumata görə, görüşdə Qeyri-Hökumət Təşkilatlarının, ovçuluq və ovçuluğun təşkili sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edib.

Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması məqsədilə nazirlik tərəfindən ilk dəfə təşkil olunan görüşdə ovçuluq təsərrüfatlarının durumu barədə geniş təqdimat keçirilib, Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub.
Görüşün sonunda mövcud ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması üçün əhatəli “biznes plan”ın və təkliflərin hazırlanaraq üç həftə ərzində nazirliyə təqdim edilməsi və növbəti görüşlərin keçirilməsi qərara alınıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz