Mart ayının 3-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində çap mediası məhsullarının yayım şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.
MEDİA-dan verilən məlumata görə, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, görüşün əsas məqsədi çap mediası məhsullarının yayım sahəsindəki mövcud vəziyyətinin təhlili, yayım prosesinin səmərəliliyinin artırılması və bu sahəyə dair mövcud normativ hüquqi aktların müddəalarının şərh edilməsidir.
Görüşdə Bakı şəhəri ilə yanaşı rayonlarda da yayım işinin təkmilləşdirilməsinə ehtiyac olduğu vurğulanıb. Sonda görüş iştirakçılarının çap mediası məhsullarının abunə və satışının daha səmərəli təşkili istiqamətində təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.