Axtarış...

1 saylı Sumqayıt Şəhər Xəstəxanasında ŞOK ÖZBAŞINALIQ - VİDEO

1 saylı Sumqayıt Şəhər Xəstəxanasında ŞOK ÖZBAŞINALIQ - VİDEO


Sumqayıt sakini həkim səhlənkarlığından şikayət edib.

Millitv.az sonxeber.az-a istinadən xəbər verir ki, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının Travmatologiya şöbəsində çalışan həkim- cərrah Fuad Ağayev Bəxtiyar Hüseynov adlı şəxsin qolunu kəsib.

Şikayətçinin sözlərinə görə, həkim sol qolunu əməliyyat edən zaman sağlam sümüyünün kəsdiyini deməyib:

"Düşünürdüm ki, Fuad həkim qolumu əməliyyat edəndən sonra tez sağalacam. Yenidən işləyib ailəmi dolandıracam. Ancaq tam əksi oldu, sən demə, mənim əziyyətim irəlidə imiş".
1 saylı Sumqayıt Şəhər Xəstəxanasında ŞOK ÖZBAŞINALIQ - VİDEO

B. Hüseynov qeyd edib ki, əməliyyatdan bir il keçsə də, qolunda şiddətli ağrılar var:

"Həkim qolumda sümük çatmadığı üçün ayağımı əməliyyat edib sümük götürmüşdü. Əvvəl sümük bitməli, sonra qoluma qoyulan plastiki çıxartmalı idi. Ancaq əməliyyatdan bir ay sonra həkim qolumu rentgen etdi və plastiki götürəcəyini dedi. Mən qolumda əyrilik hiss edirdim, hətta qolumun əyri bitdiyini söylədim. Ancaq həkim əhəmiyyət vermədi. Artıq bir il keçsə də, qolumda şiddətli ağrılar var. Qolumu hərəkət etdirə bilmirəm. Ağrıkəsicilərlə yaşayıram".

Sozügedən məsələ ilə bağlı videogörüntünü təqdim edirik:

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz