Axtarış...

Şöhrəddin Verdiyevlə bağlı məsələ araşdırılmalıdır... - TƏLƏB!!!

Şöhrəddin Verdiyevlə bağlı məsələ araşdırılmalıdır... - TƏLƏB!!!


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı problemlər neçə illərdir ki, bitib-tükənmək bilmir. ASC-yə 10 il ( 2011-2021-ci illər ) rəhbərlik edən Qorxmaz Hüseynov 1 ildən çoxdur ki, vəzifəsindən uzaqlaşdırılıb və onu ASC sədrinin müavini Köçərli Həsənov müvəqqəti əvəz edir. Sözümüzün canı odur ki, bu qurum vətəndaşlar üçün ciddi problemlər yaradır. Və üstəlik ASC-də baş verən qanunsuzluqlar, rüşvət və korrupsiya halları dözülməz həddə çatıb. İndi haqqında bəhs edəcəyimiz qurum da, yəni “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti də “Azərsu” ASC-nin tabeçiliyindədir.
Təsəvvür edirsiniz, Gəncə boyda, ölkənin Bakıdan sonra ikinci böyük şəhərinin içməli su təminatı ilə məşğul olan Törəmə Səhmdar Cəmiyyətinin rəhbərliyi az qala ildə bir dəfə dəyişdirilir. Səbəb isə yeyinti və mənimsəmə halları göstərilir. Amma əslində bu qurum uzun müddət Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin təsiri altında olub. Sözün qısası, 1 İL 45 GÜN ƏVVƏL “Gəncə Sukanal” TSC-nin rəisi Natiq Əhmədov vəzifəsindən azad edildi. ( O, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun qardaşıdır). Və bəh-bəhlə Gəncə Şəhər Su Kəməri Trestinin rəisi olan Vaqif Xəlilov bu TSC-nin rəisi vəzifəsinə gətirildi. Amma, 45 gün sonra Vaqif Xəlilov mənimsəmə və digər qanunsuzlqulara görə, vəzifəsindən azad edildi.
Birincisi, 45 gündə hansı mənimsəmədən, qanunsuzluqlardan danışmaq olardı..?
İkincisi, Azərsu ASC-nin rəhbərliyi kadrı təyin edəndə baxmırdı ki....Məşədi İbad demişkən, bu hansı yuvanın quşudur...
Üçüncüsü, ASC-nin rəhbərliyi Gəncə boyda şəhərin sakinləri ilə məzələnir..? Söhbət 300 mindən artıq əhalisi olan şəhərin içməli su təminatından, kanalizasiya sistemindən gedir ee, ayyy... Nə isə 45 gündən sonra, yəni “qırxı” çıxan kimi Vaqif Xəlilov vəzifəsi ilə vidalaşdı. Və onu kim əvəz eləsə yaxşıdır..? Bəli, bu dəfə “Azərsu” ASC-nin rəhbərliyi Allah qoymasa, Vaqif Xəlilovun müavini, uzun müddət bu sahədə işləyən Şöhrəddin Verdiyevi “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə rəis təyin etdi. Yenə adamdan soruşarlar ki, 45 günlük rəis qanunsuzluqlara yol vermişdisə, bəs onun müavini Şöhrəddin hara baxırdı..? Deməli, qanunsuzluqları və mənimsəməni bir yerdə ediblər. Bəs belə olan halda Şöhrəddin Verdiyevi necə rəis təyin etmək olardı..? İndi isə Şöhrəddin Xəlilovun “ili” çıxmamış məlum olub ki, onun ali təhsil diplomu saxta imiş. Bu barədə ölkə mediası yazıb. Deməli, Azərsu ASC öz kadrları arasından bir normal kadr tapıb “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə rəis təyin edə bilmir.
Ümumiyyətlə, Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyəti Gəncədə içməli suya və tullantı suların axıdılmasına-kanalizasiya sisteminə nəzarət edir. Hətta o da məlum olub ki, nəinki abonentlərin, hətta ictimai-iaşə müəssisələrinin suya görə ödədiyi pulları qurumun rəhbərliyi mənimsəyib. Reyd zamanı bəlli olub ki, abonentlər pullarını ödəyiblər. TSC isə günahkar kimi abonentləri göstərir, guya kimsə öz ailə üzvlərinin sayını düzgün göstərməyib. Vallahi, lap gülməli arqumentlərdir. Hətta TSC-də vəziyyət o dərəcədə dözülməz həddə çatıb ki, “Azərenerji” ASC Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyətinə verilən elektik enerjisini dayandırıb. Səbəb isə idarənin “Azərenerjiyə olan borcunu ödəyə bilməməsidir. Təsəvvür edirsiniz, qurumda bu qədər mənimsəmə olduğu halda “Azərenerji”nin elektrik enerjisinə olan borcu ödənilməyib. İndi isə Gəncə Su-kanal Törəmə Səhmdar Cəmiyyətinin rəisi Şöhrəddin Verdiyev deyib ki, sakinlərin su xəttini kəsəcəm. Ölkə mediasında yayılan məlumatlardan bəlli olur ki, Şöhrəddin Verdiyev Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovla şərikli biznes qurublar. Bəli, Niyazi Bayramovun oğlu Bəhramın 13 avtomobil kolleksiyası elə-belə alınmayıb. Sözün qısası, qayıdaq Şöhrəddinin diplomunun saxta olması məsələsinə.
Ümumiyyətlə, bu gün saxta diplomla müxtəlif dövlət quurmlarında çalışan kifayət qədər sayda məmurlar var. Biz Gündəlik-Bakı olaraq hələ illər öncə bu məsələni araşdırmaq üçün TQDK sədri Məleykə Abbaszadə ilə əlaqə saxlayanda və tələb edəndə ki, saxta diplomların siyahısı cəmiyyətə elan olunsun. O zaman Məleykə Abbaszadə müxbirimizə bildirmişdi ki, biz bunu edə bilmərik. Müxbirimizin “ Bəlkə, bu dövlət sirridir?” sualına TQDK sədri cavab verməmişdir. Sözün qısası, biz bir media olaraq Azərsu ASC-nin rəhbərliyindən tələb edirik ki, Şöhrəddin Verdiyevin diplom məsələsinə aydınlıq gətirsin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz