Axtarış...

Qorxmaz Hüseynov həbs oluna bilər: Yığdığı sərvəti araşdırılır

Qorxmaz Hüseynov həbs oluna bilər: Yığdığı sərvəti araşdırılır

“”Azərsu” SC-nin sabiq prezidenti Qorxmaz Hüseynovun həbsinə hazırlıq gedir”.

Bunu Arqument.az-a “Azərsu”dakı mənbə bildirib.

O deyib ki, hazırda sabiq prezidentin bütün varidatı ilə bağlı araşdırma aparılır.

“Onun ölkədəki biznesi, əldə etdiyi milyonlar, ölkədən kənara çıxardığı pullar təftiş edilir. Qorxmaz Hüseynovun “Azərsu”da rəhbər olanda külli miqdrda dövlət əmlakı mənimsənilib. Bundan başqa, onun özünün əldə etdiyi milyonlarla vəsait var”, – deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Hüseynovun bütün fəaliyyəti detallı araşdırılır: “Hesablama Palatası “Azərsu”yu yoxladı. Xeyli yeyinti və mənimsəmə vardı. İndi də Maliyyə Nazirliyi xərclənən vəsitlərlə bağlı yoxlama aparır. Bu dəfə Qorxmaz Hüseynovun həbsdən canını qurtarması mümkün deyil”.

Qorxmaz Hüseynov 2011-2021-ci illər ərzində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri olub. Onun dövründə qurumda xeyli qanun pozuntusunun olduğu dəfələrlə mediada yazılıb.

10 il bu vəzifədə çalışan Hüseynov Prezident İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Qorxmaz Hüseynovdan bu məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz