Axtarış...

Axı, onların hər ikisi eyni yolun yolçusudur

Axı, onların hər ikisi eyni yolun yolçusudur

Prezident İlham Əliyevin sərəncamı ilə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov vəzifəsindən azad edildikdən sonra onun səlahiyyətlərinin icrası Köçərli Həsənova həvalə edilib. Dünən Baş nazirin birinci müavini Yaqub Eyyubov Köçərli Həsənovu kollektivə təqdim edərək bildirib ki, adıçəkilən şəxs 1987-ci ildən “Azərsu” ASC-də işləyib və böyük təcrübəsinə, peşəkarlığına görə ona etimad göstərilib.
Yayılan məlumatlardan isə belə məlum olur ki, Baş nazirin birinci müavini Y.Əyyubov K. Həsənovla bağlı heç də səhih bilgiyə sahib deyil. İlk növbədə onu qeyd edək ki, K. Həsənov hələ 2008-ci ildə “Azərsu”nun o vaxtkı prezidenti Nizaməddin Rzayev tərəfindən işdən qovulmuşdu. Səbəb isə oğurluğa və cinayət əməlinə yol verməsi olmuşdur. Məlumata görə, K. Həsənov Bakı şəhəri, Həsən Əliyev küçəsində üç ədəd yeni tikilən binaya (“Novostroykaya”) 90 min manat pul müqabilində texniki şərt veribmiş.Qorxmaz Hüseynovun Köçərli Həsənovla əvəzlənməsi nəyi dəyişəcək?
Ancaq Qorxmaz Hüseynov 2011-ci ildə Köçərli Həsənovu yenidən “Azərsu”da işə bərpa edib. Təsadüfi deyil ki, Q.Hüseynovun “Azərsu” ASC-də yaratdığı FETÖ şəbəkəsinin fəallarından biri də elə K.Həsənov olub. Hətta vaxtı ilə KİV-də gedən yazılardan məlum olur ki, “Azərsu”dakı FETÖ şəbəkəsinin bir neçə toplantısı məhz K.Həsənovun bağ evində keçirilib.
Məlumata görə, Köçərli Həsənovun vaxtilə sabiq MTN şefi Eldar Mahmudovla da sıx əlaqəsi olub.
Belə çıxır ki, çoxsaylı saxtakarlıqlarda və FETÖ ilə yaxın iş birliyində adı hallanan Q.Hüseynov “Azərsu”ASC-də ən yaxın “silahdaşı” ilə əvəzlənir. Məgər bu mafioz qruplaşmanın axırına çıxmaq beləmi çətindir?
Ancaq ümid edirik ki, əsl həqiqətlər üzə çıxacaq və cənab Prezident İlham Əliyev “Azərsu” ASC-də “təmizləmə” işi aparılmasına nail olacaq. Bunun ardınca isə Meliorasiya və Su Təsərrüfatı ASC-də olduğu kimi, “Azərsu” rəhbərliyinə də layiqli bir şəxs gətiriləcək.
Redaksiya olaraq sadalanan faktlara aydınlıq gətirmək üçün qarşı tərflə əlaqə saxladıq. Təəssüflər olsin ki, sualları cavablandırmaq əvəzinə əməkdaşımızı təhdid edərək, bizi məhkəməyə verəcəklərini bildirdilər.
Azia.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz