Axtarış...

Təhsilimizi vuran `KASPİ` DALĞASI... - İDDİA

Təhsilimizi vuran `KASPİ` DALĞASI... - İDDİA

Bugün elmin hansı səviyyədə irəli və ya geri getdiyi zaman dönəmindən danışacağıq. Hər bir valideyinin arzusudur ki, övladı gözəl təhsil alsın, yaxşı məktəblərdə, litseylərdə oxusun, sevdiyi peşə üzrə ali məktəblərə qəbul olsun, savadlı kadrlardan olsun. Ancaq bu sadalananları həyata keçirmək üçün bizim imkanımız pullu, bahalı litseylərdə uşaqlarımızı oxutmaq üçün yetərlidirmi? və ya yetərli olsa da belə həqiqətən də istədiyimiz təhsili, savadı uşaqlarımıza verirmi həmin litseylər? Bu məsələyə aydınlıq gətirmək üçün Bakının sözügedən, ən qabaqcıl və durmadan reklam olunan litseylərində olduq.
Düzdür bəziləri haqqında istənilən məlumatları toplaya bilməsəkdə, əsas bizə lazım olan Kaspi litseyi haqqında istənilən məlumatları aldıq. Buyurun oxuyun, görün təhsil hansi səviyyədə irəlləyir. Bilmirsən güləsən, yoxsa ağlayasan, ancaq cox acınacaqlı bir vəziyyətlə qarşı qarşıyayıq. Əgər bir xalqın təhsil sistemində pul, rüşvət, yeyinti varsa o təhsil, təhsil ola bilməz. Hamı cox çətinliklərdən keçərək qazanır, hamı uşaqlarının gələcəyi yaxşı olsun deyə çabalayır. Bahalı litseylərdə uşaqlarını oxudur. Bəs bu durumda niyə söhbəti gedən, reklam olunan "Kaspi" litseyində verdiyiniz təhsillə aldığınız pullar bir birini tamamlayırmı? İllik ödənişi 7000 manat olan təhsil ocağında verilən təhsil hər bir şagirdin toplayacağı yüksək balla, qazandığı savadla, arzusunda olduğu univeristetdə oxumaqla, gələcəkdə quracağı karyerada öz əksini tapırmı? Xeyir tapmır! Sözügedən litseydə verilən təhsil özünü göstərmir. Valideynlər dövlət məktəblərində təhsilin zəif olmasını əsas gətirərək, övladlarının özəl məktəblərdə oxuyub yüksək nəticələr əldə etməkləri üçün ildə 7000 manat ödəniş edirlər ki, uşaqlarına parlaq gələcək nəsib etsinlər. Amma özəl litseydə təhsilin səviyəsi yüksək olmaq əvəzinə heç də ürəkaçan deyil.
Bizdə bu gün belə məsələlərin az da olsa şahidi olduq. Bəzi valideyinlərlə söhbət etdik, müəyyən bilgilər topladıq etirazların sayı litseydən razı olanların sayından qat-qat üstün idi. Biz də bu gün topladığımız məlumatlara əsasən bu məsələyə baxan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə və yerli təhsili idarəetmə qurumlarının rəhbərlərinə səslənirik görməzdən gəlməyin...Elmsiz adam qanadsız quş kimidir.. Çalışın bu qanadı qırmaq, yox etmək əvəzinə, onun yaradıcı memarı olun. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz