Oktyabrın 22-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Alxan Məmmədovun (Alxan Bayramoğlu) anadan olmasının 65 illiyi münasibətilə “Alxan Bayramoğlu – 65” adlı kitab sərgisi açılıb.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə ədəbiyyatşünas-alimin müəllifi olduğu əsərlər, elmi redaktoru, “Ön söz” yazdığı, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.