Axtarış...

"Bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük" - Prezident

"Bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük" - Prezident


Barələrində ən çox şikayət olunan icra başçılarının siyahısı tutulur. Bu barədə DİA.AZ ilginc informsaiya daxil olub.

Hökumətdəki mənbə iddia edir ki, "yuxarılar" tərəfindən yerlərdə narazılıq yaradan rayon rəhbərlərinin kimliklərinin müəyyən edilməsi üçün hərəkətə keçilib.

Mənbənin dia.az-a söylədikləri: "Əslində, Prezident Administrasiyasında şikayətlər şöbəsində belə bir siyahı hər zaman hazırlanır. Bu dəfə fərq ondadır ki, nəticələrə görə sərt cəzalar verilə bilər".

Mənbə bu günə olan nəticələri DİA.AZ-a təqdim edib. Beləliklə, bu il barəsində ən çox şikayət olunan icra başçılarının ilk onluğu aşağıdakı kimidir:

1. Sabirabad rayonu;
2. Lənkəran rayonu;
3. Kürdəmir rayonu;
4. Samux rayonu;
5. Astara rayonu;
6. Lerik rayonu;
7. Zərdab rayonu;
8. Qusar rayonu;
9. Goranboy rayonu;
10. İmişli rayonu.

Çox güman bu siyahı üzrə növbəti kadr dəyişiklikləri də müşahidə oluna bilər. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

DİA.AZ
Text-to-Speech

DİNLƏ






Şərh yaz