Bu ayın sonundan təxminən 20-yə yaxın icra başçısı ilə bağlı qərarların verilməsi prosesinin start düyməsi basılacaq. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.
Məlumatı verən mənbə bildirir ki, hazırda ayrı-ayrı ünvanlarda iş məzuniyyətlərini keçirən icra başçıslarının bəziləri istirahətdən sonra kabinetlərinə qayıtmaya bilərlər.
Xatırladaq ki, buna qədər də sözügedən dəyişiklərlə bağlı informasiyaları diqqətinizə təqdim etmişdik. Dia.az-a daxil olan son xəbərdə isə qeyd olunur ki, konkrtet olaraq 30 avqust tarixindən sonra ilkin olaraq 4 rayonun, ardından da digər rayonların İH başçıları vəzifələrindən azad olunacaq. Qaynağın dia.az-a qeyd etdikləri:
"Bu zaman əksər başçılar birdəfəlik olaraq postlarından alınacaq ki, bu da yuxarı dairələrin konkret kadr islahatı siyasəti kimi anlaşılmalıdır".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...