Axtarış...

Ağstafada suvarma suyu... it-bata salıanan subartezian quyuları... - İTTİHAM VAR!

Ağstafada suvarma suyu... it-bata salıanan subartezian quyuları... - İTTİHAM VAR!


Ağstafa rayonu, onun kəndlərində çoxsaylı problemləri həmişə yazmışıq. İşıq, qaz, su, yol kimi önəmli məsələlərə qarşı dözümsüz olmuşuq.
Təhsil, səhiyyə vəs. kimi sahələrə mütəmadi diqqət yetirmişik. Belə məqalələrin sayı onlarladır. "Faktinfo.az saytı yazdı, məsələ həllini tapdı" kimi ucuz təbliğatdan da kənar olmuşuq.

"Rayonun Qıraq Kəsəmən kəndində suvarma sahələri üçün nəzərdə tutulan su nasosundan niyə yazmırsınız" - deyən, oxucumuza isə bildirmək istəyirik ki, bəli, Faktinfo.az saytı ötən il 50-ə yaxın kənd sakininin imzası ilə sayta göndərilən şikayət məktubu əsasında o problemi də yazıb, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərib. Ola bilər onun xəbəri yoxdur. Məsələn, şikayət məktubundakı imzası olan kənd sakini Bəkir Musayev bildirirdi ki, Qıraq Kəsəmən kəndinin suvarılan torpaqlarının müəyyən hissəsi 1960-cı ildə istifadəyə verilmiş su nasosları vasitəsilə KÜR çayından təmin edilib. İndi nasoslar işləmir, bu səbəbdən də islahat nəticəsində əhaliyə verilmiş 50 hektarlarla torpaqlar istifadəsiz qalıb. Bu vicdanlı,təsübkeş kənd sakininin sayta təqdim etdiyi məktubdan bir müddət sonra orada söküntü işləri aparıldı. Ola bilər hazırda nasos stansiyasında nəzərdə tutulan işlərin həcmi istənilən səviyyədə həyata keçirilmədiyindən, yeni mövsümdə "Şükoy" deyilən ərazidə torpaqlara suvarma suyu gec verilsin. Hər halda ümüd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, onun müavinləri qarşıda duran problemli məsələnin həllini tezləşdirərlər.

AĞSTAFADA SUVARMA SUYU, İT-BATA SALINAN SUBARTEZİAN QUYULARI

O ki,qaldı Ağstafa rayonuna, suvarma suyu ilə təmin edilən rayonlardan biridir. Bu rayonda da problemlər var. Amma bu digər bölgələrlə müqayisədə elə də pis deyil. Yəni, əhali 80 % suvarma suyunu müxtəlif mənbələrdən təmin edilir. Düzdür, rayonun Pirli, Xəlifəli, Böyük Poylu, Zəlimxan, Aşağı Kəsəmən, Qıraq Kəsəmən və daha bir neçə kəndində illərdir ki, suvarma suyu ilə bağlı müəyyən çətinliklər var, amma bu o anlama gəlməməlidir ki, ümumiyyətlə bu kəndlərdə suvarma suyu yoxdur. Suvarma suyu çatışmazlığı və kəndlərdə RİH-in icra nümayəndələri tərəfindən suvarma suyuna müdaxilələr var, deyilsə daha doğru olar. Demək olar ki, ona yaradılan maneə və əngəl səbəbindən məzlum kəndçinin əkmədiyi 50 hektarlarla torpaqları kənd icra nümayəndələri əkir. Birinci bu münasibəti aradan qaldırmaq lazımdır. Kəndlərdə Rayon Suvarma Sistemləri idarəsinin su paylayıcı nümayəndələri suyu icra nümayəndələrinin əkdikləri sahələrə buraxır. Bu proses aylarla davam edir. İsti yay günlərində kənd insanı fındıq ağaclarını, yonca sahələrini, bostan və tərəvəz bitkilərini və s. suvarmaqda çətinlik çəkir. Əgər yalan yazırıqsa, RİH-in başçısı kəndlərdə insanlarla görüşsün, bu məsələni araşdırsın.

Faktinfo.az saytı xəbər verir ki, ikinci önəmli məsələ Ağstafada Suvarma Sistemləri İdarəsinə kimin rəhbərlik etməsidir. Ağstafa rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tofiq Bayramov işdən çıxardıldı. Əla! Bəs onu kim əvəz etdi? İdarənin baş mühəndisi və ya orada çalışan aidiyyatı şəxs? Əsla! Zamanla rayon MKTB-nin müdiri işləyən, bir sıra nöqsanlarına, kart haqq-hesablarına görə keçmiş icra başçısı Məhərrəm Quliyev tərəfindən sıxışdırılan, sonda uyğunlaşdıqları -Habil Qurbanov adlı şəxs təyin edildi. Suvarma suyundan, onun idarə edilməsindən anlayışı olmayan birinin iki ilə yaxın bir müddətdə idarəyə rəhbərliyi isə,bu sahədə "diskomfort" vəziyyətini bir az da artırdı.

AĞSTAFADA İCTİMAİ NƏZARƏT HƏYATA KEÇİRİLMƏYİB

O ki qaldı, Ağstafa rayonunda suvarma suyunun vəziyyətinin yaxşılaşdırılmasına, bu zaman-zaman dövlətin diqqətində olub. Əgər unutqan deyiliksə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu mənada sərəncamlarını xatırlamalıyıq. Təkcə son 7 ildə Ağstafada 31-dən çox subartezian quyusunun vurulması üçün dövlət vəsaiti ayrılıb. Daha yerlərdə subartezian quyuları necə vurulub, kəndlərdəmi vurulub, pullamı satılıb bu başqa mövzudur. Rayonda içməli və suvarma suyunun təmin edilməsində görülən işlər, bu önəmli və vacib dövlət tədbirlərindən yerlərdə sui-istifadə edilib-edilməməsi isə araşdırılmalıdır, yoxlanmalıdır, günahkarlar cəzalandırılmalıdır. Əgər nöqsan olubsa, buna səbəb həm də rayon ictimaiyyətinin zaman-zaman ictimai nəzarəti həyata keçirə bilməməsi təsdiqləyici amildir.

Məsələn, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2015-ci il tarixli sərəncamına uyğun olaraq, Ağstafanın Zəlimxan, Aşağı və Qıraq Kəsəmən kəndlərində, o cümlədən digər yaşayış məntəqələrində subartezian quyularının qazılması nəzərdə tutulurdu. Məqsəd nə idi? Yəqin ki, əvvəl içməli, sonra həyətyanı sahələri suvarmalı, daha sonra əkin sahələrində suvarma suyunu təmin etməklə KÜR çayına tökülüb, çayda sululuğun vəziyyətini normal saxlamağa xidmət etməli idi, sərəncamdan irəli gələn məsələlər.

Harda vuruldu subartezian quyuları, hər üç kəndin sakinləri nəzarət edə bildilərmi həyati əhəmiyyətli bu işə? Bu kəndlərin sakinləri RİH-in o zamankı rəhbəri Məhərrəm Quliyevin qəbuluna gedib soruşdularmı ki, nəzərdə tutulan subartezian quyuları niyə kəndlərdən vurulmadı? Sual olundumu, nəyə lazım idi bələdiyyə və icra nümayəndələrindən arayış almaq ki, bu kəndlərdə subartezian quyularının vurulmasına ehtiyac yoxdur? Eləcə də fikirlərimiz rayonun digər kənd sakinləri üçün yetərlidir. Çünki, sonda edilən ani diqqətsizlik kəndlinin özünün probleminə çevrilir. "Su yatağı sahəsi" bəhanəsi ilə kəndlərdən kənarda qazılan subartezian quyuları ilə bağlı rentabellik çıxarılanda görünür ki, subartezian quyularını "sifariş" edən şəxsi təsərrüfat "sahib(lər)inin" istehsal etdiyi kənd təsərrüfatı məhsulları, ümumilikdə hər üç kəndin sakinlərinin istehsal etdiyi kənd təsərrüfatı məhsulunun 1%-ni təşkil etmir. Burada önəmli olan içməli su problemini də nəzərə alanda belə qanunsuzluqları edənlərə haqq qazandırmaq heç bir halda mümkün deyil.
Yəni, subartezian quyuları birinci halda kəndlərdə əhalinin içməli suya olan tələbatını təmin etməli, suyun ikinci halda çıxışı həyətyanı, üçüncü halda islahata gedən pay torpaqları sahələrini suvarmaqla, kənd təsərrüfatı məhsullarının bolluğunun yaranmasını təmin etməlidir. Əks təqdirdə...

Xüsusi qeyd: Faktinfo.az saytı 2016-cı ildə bu problemi yazanda Ağstafa rayonunun o zamankı rəhbəri Məhərrəm Quliyev tərəfindən Azərbaycan Mətbuat Şurasına 28.10.2016-cı il tarixində, №490/g-5 saylı məktub ünvanlanmışdı. Onda adam saytı, onun rəhbərliyini haqsız yerdən ittiham edirdi.

İndi necə, "Su yatağı sahəsi" bəhanəsini gətirmək və ya bələdiyyə sədrlərindən, icra nümayəndələrindən arayış alıb subartezian quyularınının kəndlərdən kənarda vurulmasının fəsadları anlaşıldımı? Hər halda, Bakıda oturub "Kənd təsərrüfatı məhsullarının bahalı olduğundan, idxaldan asılı olmağımızdan" danışan ekspertlər, deputatlar regionlarda baş alıb gedən bu kimi problemləri zamanında nəzərə almalı idilər.(Faktinfo.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz