Axtarış...

Məşhur generalın “vurulmasının” sensasion detalları - İntim videoların qurbanı olub?

Məşhur generalın “vurulmasının” sensasion detalları - İntim videoların qurbanı olub?


İki gün əvvəl Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, sərəncama götürüldü.

Onun yerinə FHN-in Bakı Regional İdarəsinin rəisi, general-mayor Etibar İsmayılov təyin edildi.

General-leytenant Şahmar Paşayevin vəzifədən azad edilməsinin səbəbləri bəlli deyil.
Lakin onun az öncə FHN-də baş verən "intim qalmaqal"dan sonra azad edilməsi müəyyən gümanlara yol açır.
Düzdür, həmin qalmaqal Xüsusi Riskli Xilasetmə Xidmətində deyil, FHN-in digər strukturunda - Dövlət Yanğından Mühafizə Xidmətində baş vermişdi. Ancaq nə bilmək olar, bəlkə bu iki xidmət arasında hansısa intriqalar baş verib? Hər halda Dövlət Yanğından Mühafizə Xidmətində baş verən biabırçılıqların bu xidmətin əməkdaşları tərəfindən mediaya sızdırılması istisna olmasa da, az inandırıcıdır.
"İntim qalmaqal"ın bilavasitə xidmət rəisi Füzuli Əsədovu, hətta nazir Kəmaləddin Heydərovun özünü "vurmağa" hesablandığı yəqin ki, heç kimdə şübhə doğurmur. Bunu nəzərə alsaq, onda polkovnik Zaur Mirzəyevin tabeliyində olan xanımlarla intim macəralarının məhz digər strukturların əməkdaşları tərəfindən mediaya sızdırlması ehtimalı daha böyükdür.
Biz əlbəttə, bu məsələdə general Şahmar Paşayevin hansısa rol oynadığını iddia etmirik. Bu barədə əlimizdə hər hansı fakt yoxdur. Lakin Şahmar Paşayevin intriqant keçmişi heç kimə sirr deyil. Bununla bağlı bəzi məqamlar zaman-zaman mətbuatın gündəmində olub.
FHN-ə qədər Şahmar Paşayev uzun müddət polis orqanlarında rəhbər vəzifələrdə çalışıb. Hətta o, bu sistemdə polkovnik rütbəsinə kimi yüksəlib. Polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Şamaxının rəisi olmamışdan öncə isə o, Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini və rəisi, Xətai RPİ 34 və 37-ci polis bölmələrinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb. Qeyd edək ki, Şahmar Paşayevin oğlu Turabi Paşayev da DİN sistemində çalışıb. Digər oğlu - polkovnik-leytenant Tural Paşayev isə Fövqəladə Hallar Nazirliyində idarə rəisi olub.
Bəs, Şahmar Paşayev uzun müddət çalışdığı polis sistemindən niyə və necə uzaqlaşdırılıb?

Qeyd edək ki, o, Daxili İşlər nazirliyi sistemində 2014-cü ilə kimi çalışıb. Həmin il o zamankı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə işdən uzaqlaşdırılıb. Həmin vaxt yayılan məlumatda bildirilirdi ki, o özü istefa ərizəsi yazıb. Səbəb kimi isə “səhhətindəki problem”i göstərib.
Lakin o zaman mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, Şahmar Paşayevin işdən çıxması səhhətilə bağlı olmayıb. Qeyd olunurdu ki, Şahmar Paşayevlə müavinlərindən biri arasında konflikt varmış. Məsələ Ramil Usubova qədər gedib çıxıb. Daxili işlər naziri hər iki şəxsi qəbul edib və onları dinləyib. Nazir həqiqəti üzə çıxarmaq üçün şahid də çağırıb. Şahidin söylədikləri Şahmar Paşayevin əleyhinə olub. Yəni, o bu konfliktdə haqsız çıxıb. Bundan sonra Şahmar Paşayev işdən çıxmaq barədə raport yazıb.
Qeyd edək ki, DİN sistemindən uzaqlaşdırıldıqdan qısa müddət sonra Şahmar Paşayev Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi təyin edilmişdi. 2015-ci ilin dekabrında isə ona general-mayor ali hərbi rütbəsi verildi. Bu zaman o, artıq Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi idi. 2021-ci ilin dekabrında isə Şahmar Paşayevin xidməti rütbəsi bir pillə də artırılmış, ona general-leytenant rütbəsi verilmişdi.
Maraqlıdır, 9 ay əvvəl general-leytenant rütbəsi ilə təltif olunan Şahmar Paşayev niyə vəzifəsindən uzaqlaşdırılıb?
Axı məntiqlə yüksək rütbə həm də yüksək etimad deməkdir. Belə çıxır ki, ötən 9 ayda Şahmar Paşayev bu etimadı doğrulda bilməyib və bu səbəbdən vəzifəsindən uzaqlaşdırlıb. Amma digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, bu müddət ərzində Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyətindən ciddi bir narazılıq olmayıb. Demək, yenə də bir versiya daha inandırıcı görünür: general daxili intriqaların qurbanı olub... O intriqaların isə “intim videolar”dan keçməs istisna olunmur.

Baku Post
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz