Azərbaycanda elektronika mağazasında biabırçı hadisə qeydə alınıb.
Vətəndaşlardan biri mobil telefon almaq istədiyi üçün mağazaya daxil olub. Mobil telefonların parametrlərini müqayisə edən zaman o, rüsvayçı görüntü ilə rastlaşıb. Həmin şəxs rastlaşdığı rəzalətin fotosunu çəkərək BiG.AZ-a yollayıb.
Belə ki, satış üçün stendə düzülmüş mobil telefonların birinin ana menyusu və ekranında erotik şəkil və əxlaqsız elan yerləşdirilib.
Qeyd edək ki, foto Maxi.Az elektronika və məişət texnikası hipermarketlərinin "Gənclik Mall"da yerləşən filialında qeydə alınıb.
Məsələ ilə bağlı həmin mağaza ilə əlaqə saxladıq. Lakin bu haqda mağazandan heç bir açıqlama verilmədi.