Axtarış...

Regionun başı üzərindən asılan Domokl qılıncı

Regionun   başı üzərindən asılan Domokl qılıncı
Rusiya və Ukrayna arasında davam edən müharibə dünyanın soyuq müharibədən bəri unutduğu nüvə müharibəsi qorxusunu pik həddə çatdırıb. Çin və Tayvan arasında artan gərginlik, Rusiya, Şimali Koreya kimi ölkələrin nüvə proqramları son günlər dünyanı səksəkə işində saxlamaqdadır. BMT-nin baş katibi Antonio Quterreşin son bəyanatı və dediyi “ Dünyada nüvə müharibəsi təhlükəsi artıb” sözləri və Ukraynanın Zaporojye AES əttafında çərəyan edən təhlükəli proseslər gərginliyi daha da artırıb. Regionun   başı üzərindən asılan Domokl qılıncı Nyu-Yorkda kritik əhəmiyyət kəsb edən Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) konfransının açılışında çıxış edən Quterreş dünyanın “soyuq müharibənin qızğın vaxtından bəri görünməmiş nüvə təhlükəsi” ilə üzləşdiyi barədə xəbərdarlıq edərək Rusiyanın Ukrayna ilə müharibəsi, Koreya yarımadası və Yaxın Şərqdəki gərginlikdən söz açıb. Baş katib 1970-ci ildə qüvvəyə minmiş nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair beynəlxalq saziş olan NPT-nin 10-cu icmal konfransındakı çıxışında deyib: “İndiyə qədər qeyri-adi dərəcədə bəxtimiz gətirib. Amma şans strategiya deyil. Şans nüvə münaqişəsinə çevrilən geosiyasi gərginliklərə qarşı qalxan deyil".Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsinin birgə bəyanatla çıxış edərək Rusiyanı Zaporojye AES-dən dərhal qoşunlarını və şəxsi heyətini çıxarmağa çağırması da bu təhlükənin insanlar tərəfindən son dərəcə real qəbul etməsinin göstəricisidir.
Regionun   başı üzərindən asılan Domokl qılıncı Bəyanatda Rusiya hərbçilərinin və silahlarının nüvə obyektində yerləşdirilməsinin qəbuledilməz olduğu qeyd edilib. Lakin tərəqqipərvər bəşəriyyətin nüvə sılahı ilə bağlı çağırışları artsa da bu silaha malik ölkələr öz arsenallarını azaltmaq əvəzinə da da artırmaq xəttinə sadiqlik nümayşı etdirirlər. Bəli, dünya müharibəsi ilə bağlı ehtimalların artması bəşəriyyətin qorxulu röyasına çevrilib. Nəhəng dövlətlərin maraqlarının toqquşması fonunda ayrı-ayrı yerlərdə baş verən münaqişələrin, terror və qarşıdurmaların, sürətli silahlanmanın bəşəriyyəti yeni qlobal müharibəyə sürüklədiyi ortadadır. Tanınmış ekspertlər, dünyanın nüfuzlu siyasətçiləri hesab edirlər ki, bu savaşda nüvə silahlarının tətbiq olunması bütün bəşəriyyətin məhvi ilə nəticələnə bilər. Bu təlaşı artıran səbəblərdən biri də ABŞ, Çin və Rusiyanın uzun illərdir müharibə aparılması üçün ən yeni vasitələri sınaqdan keçirilməsidir. Xarici mətbuata əsasən, hər üç ölkə uzun müddətdir ki, aktiv şəkildə nüvə döyüş başlıqlarının modernləşdirilməsi ilə məşğuldurlar. Bir neçə il əvvəl Regionun   başı üzərindən asılan Domokl qılıncıÇin və ABŞ bir az da irəli gedərək öz nüvə arsenalının mlodernləşdirilməsi üçün 30 il ərzində 1 trilyon dollar xərcləməyə hazır olduqlarını bəyan etmişdilər. Bu bəyanatlar, çağırışlar, hədə və xəbərdalıqlar fonunda insanları düşündürən bu sualdır, dünya doğurdanmı yeni və qlobal savaş ərəfəsindədir?Siyasi elmlər üzrə fəlsəfə doktoru, tanınmış araşdırmaçı-politoluq Rövşən Novruzoğlu hələ bu təhlükələrin açıq şəkildə bəyan edilməsindən xeyli əvvəl 21-ci əsrdə insanları düşündürən ən ciddi suallardan birinın məhz nüvə müharibəsi, nüvə terroru ilə bağlı olduğunu diqqətə çatdırmışdı. Quterreşin nüvə silahlarının ysayılmamasına dair sazişə əməl edilməməsi ilə bağlı dedikləri politoloqun vaxtilə söylədiyi fikirlərin özünü doğrultduğunu sübut edir. O bildirmişdi ki, ABŞ və Rusiya arasında kütləvi qırğın silahlarının məhv edilməsi barədə imzalanan müqavilələr adi kağız parçasından başqa bir şey deyil və onların heç biri öz imzalarının arxasında heç vaxt dayanmayıblar. Regionun   başı üzərindən asılan Domokl qılıncı Keçmiş polkovnikin qənaətinə görə, Rusiya, ABŞ, və Çinin istehsal etdiyi silahların, xərclədikləri vəsaitlərin həcmi heç də hesabatlarda deyildiyi qədər deyil: “Bu hər bir dövlətin məxvi hərbi sirridir. Hələ heç kim dəqiq bilmir, məsələn, Çinin hərbi arsenalında nə qədər nüvə başlıqlı raket, strateji silah, bomba var. Hər kəs öz nüvə silahı ilə dünyaya ağalıq etmək iddiasındadır. O cümlədən, Amerika mətbuatına istinadən deyə bilərik ki, ABŞ-ın Rusiyanın nüvə silahlarına nəzarət edən süni peyklərinin 82 faizi köhnəlib. Onların əksəriyyəti “metalloma” çevrilib. Odur ki, nüvə silahlarına nəzarət də azalıb”. Politoloq vurğulamışdı ki, əslində yeni dünya savaşı çoxdan başlayıb: “Son illər nüvə, kimyəvi bakterioloji silahların istehsalının çoxalması dünyada nüvə zonasını yaradıb. Bu, Rusiya ilə Çinin ABŞ və NATO-ya qarşı işə salınan yeni silah, təhdid mexanizmidir. Amma silahlı münaqişələrdə nüvə başlıqlı silahlardan istifadə olunsa da, atom bombasına malik olan dövlətlərdən heç vaxt, heç biri onun “düyməsini” basmayacaq”.Regionun   başı üzərindən asılan Domokl qılıncı Dünyada gedən bütün bu proseslərə Azərbaycanın gözü ilə baxsaq, təhlükənin qapımızın astanasında olduğunu görə bilərik. Qulağımızın dibində “Metsamor”AES kabus kimi təhlükə saçmaqda davam edir. İstismar müddəti çoxdan başa çatmış, qəzalı vəziyyətdə olan bu nüvə obyekti bütün bölgə üçün ciddi təhlükə mənbəyidir. BMT baş katibinin təbiri ilə desək, indiyə qədər bəxtimiz gətirsə də, şans təhlükəsizlik qalxanı deyil. Buna görə də, Azərbaycan çox diqqətli və tədbirli olmalı, beynəlxalq qurumlar qarşısnda bu stansiyanın bağlanması tələbini inadla, yorulmadan və davamlı olaraq qaldırmalı, region dövlətlərnin diqqətini də bu məsələyə daha ciddi formada cəlb etməlidir.


Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ






Şərh yaz