Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət başçılarının növbədənkənar zirvə görüşü keçirilib. İclasda Rusiya-Ukrayna böhranı ilə bağlı məsələlər müzakirə edilib.
NATO-nun saytında iclasın yekunlarına dair bəyanat yerləşdirilib.
Bəyanatda Rusiya-Ukrayna müharibəsinin Avro-Atlantik məkanda onilliklərdir davam edən təhlükəsizliyə təhdid olduğu bildirilib, müttəfiq ölkələrin Ukrayna xalqı və hökuməti ilə həmrəyliyi bir daha ifadə edilib. Qeyd olunub ki, Alians bunda sonra da Ukraynaya siyasi və praktiki dəstəyini davam etdirəcək.
Bildirilib ki, müttəfiqlər, həmçinin Ukraynaya kibertəhlükəsizlik və kimyəvi, bioloji, radioloji və nüvə xarakterli təhdidlərdən müdafiə kimi sahələrdə yardım göstərməyə davam edəcəklər. Bəyanatda vurğulanıb ki, müttəfiqlər bundan sonra da humanitar yardım sahəsində Ukraynaya dəstək göstərəcəklər.
İclasda NATO-nun təhlükəsizlik planları ilə bağlı məsələlər də müzakirə olunub.
***13:35
Brüsseldə NATO liderlərinin Rusiya-Ukrayna müharibəsinə həsr olunmuş Fövqəladə Zirvə iclası işə başlayıb.
iclasdan əvvəl liderlər ailə şəkli çəkdiriblər.
Zirvədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarla birlikdə iştirak edir. İclasdan əvvəl Ərdoğan ABŞ Prezidenti Co Baydenlə qısa söhbət edib.