Bir qrup cinayətkar dəstə cənub zonasında əlbir olub meşələri talan etməklə məşğuldurlar. Hrkan Milli Parkının direktoru Aqil Sucayev Milli Parkda "yaşıl soyqırım" törədir.
Aqil müəllimin cinayətlərinə göz yaman və onları ört-basdır edən 1 saylı Regional Ekologiya TSİ-nin rəisi Şakir Quluyevdir.
Hirkan Milli Parkında olan ağacların kütləvi kəsilib işlik material kimi Masallıda kı, sexlərə daşınması, orada kı, Milli Parkın torpaqların ev yeri kimi sakinlərə satılması və s. barədə xəbər portallarımızda kifayət qədər məlumat vermişdik.
Amma çox təəssüflər olsun ki, bununla bağlı adiyyat orqanlar tərəfindən hər hansı bir addım atılmamışdır, əksinə olaraq orada kı, cinayətlər yerli ekologiya işçiləri tərəfindən gizlədilir.
Milli Parkın müxtəlif dolaylarında adları "Qırmızı Kitab"a düşmüş və digər ağaclar kütləvi "soyqırım"a məruz qalaraq kəsilib işlik material kimi satılır.
Bir neçə gün öncə Dövlət Ekoloji Təhlükısizlik Xidməti və 1 saylı Regiinal ETS-nin rəisi Şakir Quliyevlə əlaqə saxlayaraq bildirdik ki, redaksiyanıza Milli Parkda olan qırıntılar, torpaq zəbtəri və s barədə kifayət qədər etibarlı mənbəmizdən məlumat (videoçəkilişlər, fotoşəkillər və s) daxil olmuşdur. Biz sözügedən məlumatları xəbər portallarımızda yayımlamırıq. İstəyirik cənub zonasında olan xüsusi müxbirimizlə və sizin əməkdaşların iştirakı ilə (əlimizdə ki, qırıntılar olan yerlərin nöqtələri olmaqla) Milli Parkda olan qırıntıları aşkar edib çəkək. O isə bizə bildirirdi ki, sizinlə getmək lazım deil , mən özüm şəxsən yaxın günlərdə qırıntılar olan dolayları yoxlatdıracam və sizə də bu barədə qısa zaman ərzində məlumat verəcəm. Artıq o vaxtdan bəri 10 gündən çox vaxt keçməyinə baxmayaraq arada bir şey yoxdur. Milli Parkın dolaylarında olan qırıntılar cinayət xarakterlidir. Şakir Quliyev isə qabaqlayıcı tədbir görüb həmin cinayətləri (qırıntıları) gizlədib xırda bir cərimə və ınzıbatı xəta ilə yola vermək istəyir və həmin kəsilən qırıntıları saxta yolla damğalatdırmaq istəyir .
Şakir Quliyevlə əvvəlcədən danışılıb Milli Parkda gedəcəyik və sonra Şakir buna razı olmadı. Burdan açıq-aşkar görünür ki, Şakir orada kı, cinayətlərin üstünün açılmasını istəmir və hər bir vəchlə çalışır ki, onları ört-basdır eləsin.
Milli Parkda olan adı "Qırmızı kitab"a düşmüş budaqlı danaya bitkisi kütləvi olaraq oranın direktoru Aqil Sucayevlə Şakir Quliyevin şəxsi biznesinə çevrilib.
10 gün öncə cənub zonasında olan zaman Milli Parkda kəsilib daşınan budaqlı danaya bitkisi barədə öncədən xəbərdar olduğumuz üçün, Şakir Quliyevə məlumat verdik və onlar bizim vasitəmizlə həmin budaqlı danayanı Milli Parkdan kəsilib daşınan zaman tuta bildilər. Amma çox təəssüflər olsun artıq 10 gündür ki, tutulan həmin budaqlı danayanı Lənkəran Regional MTM-nin həyətində başaldıblar və o vaxtdan orada durur. Şakir müəllim isə tutulan danaya ilə bağlı hər hansı bir tədbir görmür və bizə də bu barədə heç bir məlumat da vermir.
Neçə olur ki, bizim Milli Parkda olan kütləvi qırıntılar barədə xəbərimiz olur, amma Şakir Quliyev və Milli Parkın direktoru Aqil Sucayevin isə xəbəri olmur?
Əgər olmursa, deməli bunların işlərindən xəbəri yoxdur (yəni işlərini başında deyillər) və ərazilərndə hansı prosesləri getdiyini bilmirlər?!
Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.
P.S. Hirkan DANAYA və Hirkan Bigəvəri. Məhs milli parkı bu və başqa bitkilərin mühafizəsindən ötrü yaradılıb.
QAYNAR.MEDİA