Redaksiyaya daxil olan məlumatlara görə, Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkimləri də, pasiyentləri də çətin vəziyyətlə üzləşiblər.Söhbət müəssisənin yerləşdiyi binanın damından içəri yağış sularının axıb-axmamağından getmir.Sadəcə olaraq, məsələ bundadır ki, təxminən bir il bundan əvvəl bu səhiyyə müəssisəsinin baş həkimi vəzifəsindən azad olunandan sonra, oraya təyin olunan baş həkim tərəfindən “yeni qanunların tətbiqi”nə narazılıqların səngiməməsidir. DİA.AZ-ın məlumatına görə, orada həkimlər əmin idilər ki,yeni təyin olunacaq baş həkim ideal olmasa belə,yəqin keçmiş baş həkim qədər olar.O cümlədən heç kimin ağlına gəlməzdi ki,Respublika Dəri-Zöhrəvi Mərkəzinə heç kim yox,TƏBİB tərəfindən məhz Müşfiq Zeynalov baş həkim təyin olunar.
Qaldı, Müşfiq həkimə o, isə ən qısa zamanda hər kəsə sübut etdi ki,sakit abu-havanı,yaxşı münasibətləri,pisə dəyişmək olar. Yəni yarıtmaz idarəçilik nəticəsində həkimlər Prezident Adminstrasiyasına,TƏBİB rəhbərliyinə şikayət edə bilərlər.Elə də oldu,bu şikayətlər səbəbindən TƏBİB orada iki dəfə yoxlama apardı.
Oradan şikayətlərə gəlincə ona görə edildi ki, tibb müəssisəsində həkimlərə aylıq pul yığımları tətbiq edildi.Bunu qəbul etməyənlər şikayət etməyə başladı.Narazılıqlar o həddə qədər yüksəldi ki,zamanla Milli Məclisin deputatı Azay Quliyevin qohumu Səbinə xanım da Muşviq Zeynalovdan şikayət etdi.Həmin arada Müşfiq Zeynalov isə orada qohum-əqrəbaya, dost-tanışa iş yeri təklif etmək üçün köhnə, peşəkar kadrları əsassız yerə işdən çıxarmaqla bezdirirdi,65 yaşı tamam olan bir sıra həkimlərlə əmək müqaviləsini uzatmayıb,peşəkar həkimləri oradan uzaqlaşdırırdı.
RESPUBİLKA DƏRİ-ZÖHRƏVİ MƏRKƏZİNDƏ VƏZİYYƏT İNDİ NECƏDİR?
Təsadüfi deyil ki, son vaxtlar ölkədə dəri-zöhrəvi xəstəliklərinə yoluxma halları da müəyyən qədər artıb. Halbuki, hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır. Yəni bu vəsaitlə səhiyyə sistemində mövcud olan bir çox problemləri həll etmək olar. Lakin reallıqda bunu heç də həmişə müşahidə edə bilmirik. Belə ki, bəzi vəzifə sahiblərinin işlərinə biganə münasibət sərgiləmələri, ayrılan vəsaitləri təyinatı üzrə xərcləməmələri bu sahədə ciddi geriləmələrə səbəb olur. O cümlədən hazırda Respublika Dəri-Zöhrəvi Mərkəzinin fəaliyyəti də qətiyyən qənaətbəxş hesab edilmir.
Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki,mərkəzin baş həkimi Müşfiq Zeynalov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir,gəlmək belə istəmir.Çünkü TƏBİB-də olan himayədarlarına güvənərək bildiyi qanun pozintilarına davamlı yer verir. Daxil olan məlumatlarda bildirilir ki, bu gün dəri-zöhrəvi xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarla bağlı kifayət qədər ciddi problemlər var. O cümlədən Respublika Dəri-Zöhrəvi Mərkəzində bu cür xəstəliklərə yoluxan şəxslərin müalicəsinə etinasız yanaşılır. Daha fikirləşən yoxdur ki,zöhrəvi xəstəliklərin hamısı insan həyatı üçün təhlükəlidir. Çünki bu cür xəstəliklər nəticəsində kişi və qadında sonsuzluq belə yaranır. Müşfiq Zeynalov isə ölkə üzrə cavabdeh olduğu çox vacib bir sahədə sabitlik yaratmaq istiqamətində iş aparmaqdansa, rəhbərlik etdiyi müəssisə daxilində intriqalar aparmağa üstünlük verir. Baş həkim bunu çox orijinal üsullarla edir. Məsələn, məlumdur ki, hər bir müalicə həkimi müəssisə daxilində özünə tibb bacısı seçmək hüququna malikdir. Amma bu hüquq Respublika Dəri-Zöhrəvi Mərkəzində işləmir. Burada bir sıra istisnalar olmaq şərti ilə həkimlərə tibb bacılarını baş həkim şəxsən özü təyin edir ki, burada da məqsəd həkimlərə “nəzarət” etməkdir.Baş həkim elə bir vəziyyət yaradılıb ki, bura müraciət edən pasiyent müayinədən və hətta həkimlə sadəcə söhbətdən sonra mütləq əlini cibinə salmalıdır. Buna görə də, Respublika Dəri-Zöhrəvi Mərkəzinə müraciət edən şəxslər çətin vəziyyətlə üzləşməli olurlar.
Ən son məlumatda bildirilir ki,çoxsaylı şikayətlər baş həkim Müşfiq Zeynalovun aqressiv fəaliyyətini bir qədər səngidib. Amma indi də baş həkimin “funksiyalarını” Təsərrüfat İşləri üzrə müavin Rasim Quliyev,Baş həkimin müavini Sevil Yusifova,onlardan da ötsə kadrlar şöbəsinin müdiri Nuridə Almazova icra edirlər. Həm də necə icra edirlər...
Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşfiq Zeynalovun “əməllərinə” gəlincə hələ ki,TƏBİB rəhbərliyi hansısa səbəbdən göz yummaq məcburiyyətindədir.Əks təqdirdə baş həkim 65 yaşlı peşəkar həkimləri “çölə atıb” nədən 73 yaşlı təqaüdçü Kamil Mustafayevlə işləyər ki?(Ortada dəhliz boyu gəzişən, Kamil doktorla guya müqavilə əsasında işlənilir. Onun vəzifəsi də konsultatdır.)Bəs,orada Fuad Əfəndiyev kimi savadlı həkim niyə incidilir? Uşağı xəstə olan,bu çətin dövürdə ailə saxlayan Fuad doktora Müşfiq Zeynalov nə verib ki,ala bilmir?!TƏBİB rəhbərliyi nə vaxta kimi bu tip intiriqa “yuvalarını” himayə edəcək?
Dəri-Zöhrəvi Mərkəzinə TƏBİB-in xətti ilə dərman verilir.Dərman verilirsə,Müşfiq Zeynalovun marağı nədir ki,müqavilə bağlayıb dərman almaq üçün firma axtarır və ya seçir?!
Yəni bu kimi halların nə səbəbdən qaynaqlandığını oradakı həkimlər,ictimaiyyət bilirsə- həqiqətənmi TƏBİB rəhbərliyi bilmir? Hərçənd hamı bilir axı, Respublika Dəri-Zöhrəvi Mərkəzinə dava-dərman TƏBİB tərəfindən verilir və bu dərmanlar xəstəxananın aptek müdiri tərəfindən qəbul edilir.Orada vəziyyət necədir,aptek müdiri işindən narazı deyil ki,bu tip suallara təbii TƏBİB rəhbərliyi tərəfindən aydınlıq gətirilməsi başqa mövzudur.
Ümumiyyətlə verilən bahalı dərmanlarla xəstələr təmin edilirmi? Respublika Dəri-Zöhrəvi Mərkəzində hər ayın axırında bir sıra həkimlər “sıxma-boğmaya “ salınarkən, nə səbəbə ər-arvad,bacı-qardaş,ana-bala olan həkimlərə rahat “nəfəslik” verilir,kimi ümdə suallara aydınlıq gətirilməyən xəstəxanadır Respublika Dəri-Zöhrəvi Mərkəzi hələ ki.Yəni,daxili nizamnamə yol verirmi ,bu kateqoriyadan olan həkimlər orada cüt-cüt işləsin?!
O cümlədən,meyyar nədir ki, qeydiyyat şöbəsi imkanlı xəstələri Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşfiq Zeynalova yönləndirir,o da ya özü müalicə edir, ya da xəstələri istədiyi həkimə yönləndirir? NƏDƏN ???
Həqiqətənmi,TƏBİB rəhbərliyi düşünür ki,bu kimi hallar xəstəxanada narazılıqlarla müşayyət olunmur? Və ya hər ay 300-500 manat pul verib əlahəzrətin “qılıncının” altından keçənlərin məqbul,verməyib “qeyri-məqbul” qiymət alanlardan TƏBİB rəhbərliyinin xəbəri yoxdur? Bu tip suallar qutarası deyil,o vaxta kimi ki,TƏBİB rəhbərliyi tərəf tutmayıb,tərəfsiz qalacaq...
Belə görünür ki, Respublika Dəri-Zöhrəvi Mərkəzinə hansısa bir irəliləyişə nail olmaq hələ bir müddət də mümkün olmayacaq. Bu səbəbdən də ölkədə dəri-zöhrəvi xəstəliklərindən əziyyət çəkənlər, yaxşısı budur ki, bir müddət türkəçarə mütəxəsisslərinə müraciət etsinlər.
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...