Ekologiya və Təbii Sərvətlər Nazirliyində meşələrin məhv olunması üçün yeni təşkil olunan mütəşəkkil dəstənin qanunsuz əməlləri bitib tükənmək bilmir.
Millitv.az AzToday.az-a istinadən xəbər verir ki, nazirliyin rəhbər şəxslərin regional meşə təsərrüfatı mərkəzlərinə yerləşdirdiyi adamlar meşələrin qırılmasına birbaşa nəzarət edirlər. Bununla bağlı mediada çox saylı faktlar əksini tapıb.
Belə kadrlardan biri də Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində çalışan və ixtisas təhsili olmayan Sərraf Quliyev adlı şəxsdir. Məlumatlara görə, Sərraf Quliyevi nazir müavini Vüqar Kərimov himayə etdiyindən regional idarənin baş mühafizə mühəndisi vəzifəsi də ona tapşırılıb. Bu baxımdan Sərraf Quliyevin rəsmi işi Haftoni meşəbəyliyində meşəbəyi köməkçisi getsədə, regional idarədə əsas söz sahibidir.
Yeri gəlmişkən qeyd edək ki, yola saldığımız 2021-ci ilin iyun ayında “Beta” şirkətinə satılan 40 hektar meşə sahəsinə yaşanan qalmaqal zamanı nazir Muxtar Babayev tərəfindən regional mərkəzin direktoru və Sərraf Quliyev işdən qovulmuşdu. Amma Sərraf Quliyev güclü himayəçisinin sayəsində işində qaldı. Ona idarənin baş mühafizə mühəndisi vəzifəsinin həvalə olunması tapşırığı da Bakıdan verilib. İddialara görə, regional idarənin “qara kassası”sı da Sərraf Quliyevə tapşırılıb. Hətta işçilərə Vüqar Kərimovun adından hədə-qorxu gəldiyi də yayılan məlumatlar sırasındadır. Sərraf Quliyevin istəklərini yerinə yetirməyənlərin (gözətçi, meşəbəyi və s.) nəzarət etdiyi meşə sahələrində yoxlama təşkil edilir və aparılan yoxlamaların nəticələri(nəticələr ürəkaçan olmadıqda isə onlar şişirdilir – red.) hüquq-mühafizə orqanlarına göndərilir.
Uzun müddət Lənkəranda meşə təsərrüfatında çalışan Sərraf Quliyevin meşə işçiləri arasında maraqlı təxəllüsü də var – Ağcaqayın Sərraf. Bu təxəllüs ona ağcaqayın ağaclarına qənim kəsildiyinə görə verilib. Məlumatlara görə, hazırda Lənkəran meşələrində ağcaqayın ağaclarına nadir hallarda rast gəlmək olub, səbəb isə işbazlar tərəfindən kəsilib satılmasıdır. Bu səbəbdən hazırda Astara və Lerik meşələri işbazların daha çox hədəfinə çevrilib.
Yerli sakinlər ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdən meşələrin qanunsuz məhv edilməsinin araşdırılmasını və günahkarların cəzalandırılmasını istəyirlər.
Millitv.az AzToday.az-a istinadən Astaranın Əsxənəkəran meşəbəyliyinin 2 və 3 saylı meşə dolayları və Lerikin Razvondaband meşəbəyliyinin 16 saylı meşə dolayında agacların material üçün məhv edilməsinin görüntülərin bir hissəsini təqdim edir: