Axtarış...

Sabirabadda dövlətin malına dədə malı kimi baxan KİMDİR? - İTTİHAM VAR!

Sabirabadda dövlətin malına dədə malı kimi baxan KİMDİR? - İTTİHAM VAR!

Etibarlı mənbədən KENDTV.Info ya daxil olan məlumata görə, Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinın direktoru Vüsal Tallblı olsa da, Mərkəzi baş meşəbəyi olan Yusif Məmmədov idarə edir. Çünki Vüsal müəllim meşə sahəsində naşı bir kadrdır (ixtissası meşə sahəsinə tamam yaddır) və heç ağacların cinsini belə tanımır. Sabirabad RMTM-nin müxtəlif meşəbəyliklərində olan dövlət meşə fondu torpaqların kənd təsərrüfatı bitkilərin əkmək məqsədilə ayri-ayrı vətəndaşlara qeyri-qanuni yolla satıblar.

2021-ci il tarixdə baş meşəbəyi Yusif müəllimin göstərişi ilə dövlət meşə fondu torpaqlarından qeyri-qanuni yolla istifadə edən vətəndaşlardan bir neçəsinin üzərinə "pul qoparmaq" məqsədilə akt yazılıb. Yəni onları qorxutmaq məqsədilə. üzərlərinə akt yazılıb, sonra isə sözügedən vətəndaşlar Mərkəzə çağırılaraq razılaşıblar.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. //azinfo.tv//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz