Axtarış...

Londondakı səfirliyimizə hücumun arxasında kim dayanır: ETTELAT, MI6, yoxsa anglo-persian ittifaqı? – Tehranın Zəngəzur dərdi

Londondakı səfirliyimizə hücumun arxasında kim dayanır: ETTELAT, MI6, yoxsa anglo-persian ittifaqı? – Tehranın Zəngəzur dərdi


Böyük Britaniyadakı səfirliyimizin binasına dinçilər hücum edib. İddialara görə, hücumun məsuliyyətini Londonda fəaliyyət göstərən “Mehdinin xidmətçiləri” adlı təşkilat öz üzərinə götürüb. Təşkilatın həm İran, həm də sünnü düşməni olan Yasir əl-Həbib adlı küveytli bir şiə təbliğatçı tərəfindən yaradıldığı vurğulanır. Bəzi İrançı təbliğatçılar məhz bu arqumentdən çıxış edərək səfirlik binasına hücumun ingilis kəşfiyyatı orqanı MI6 tərəfindən təşkil oluna biləcəyi qənaətindədirlər. Bu iddiaya görə, MI6-nın məqsədi Azərbaycanla İran arasındakı münasibətləri korlamaqdır.

Bəs sözügedən arqumenti nə qədər əsaslı saymaq olar?

Təxribatın məsuliyyətini “Mehdi xidmətçiləri” təşkilatı üstlənibsə, bu versiya ilk baxışdan həqiqətən inandırıcı görünür. Çünki sözügedən təşkilat və onun qurucusu Yasir əl-Həbib İrana qarşı fikirləri ilə tanınır. Məlumata görə, tam adı Yasir Yəhya Abdullah əl-Həbib olan bu şəxs 1979-cu ildə Küveytdə anadan olub. O, 2003-cü il noyabrın 30-da həbsə atılıb. 2004-cü il fevralın 25-də “Milli bayram” münasibəti ilə əfv edilib və azadlığa buraxılıb. Yenidən həbs olunacağını anlayınca vətənindən qaçıb Böyük Britaniyaya sığınıb. Təxribatı üstlənən Xüddəm-ul Mehdi (Mehdinin xidmətçiləri) adlı təşkilatı isə hələ Küveyt olarkən, 2001-ci ildə qurub. Məqsədi guya tərəfdaşlarına “İslam Tarixi dərsləri” vermək olub. Çıxışları və xütbələri Əbu Bəkr, Ömər kimi xəlifələri, bir çox səhabələri, Məhəmməd peyğəmbərin yoldaşı Aişəni lənətləməyə, təhqir etməyə həsr olunub. Küveytdə olarkən də məhz səbəbdən həbs olunub. Londona sığındıqdan sonra təhqir və söyüşlərinin dozasını artırıb və peyğəmbərin xanımı Aişəyə böhtan atdığı üçün 2010-cu ildə Küveyt vətəndaşlığından çıxarılıb.

Londonda olarkən qələmə aldığı bir neçə kitab var və onların hamısında sünnülərin müqəddəs bildiyi şəxslərin lənətlənməsinə həsr olunub. İranla düşmənçiliyinə gəlincə, iddialara görə, bunun səbəbi də qatı məzhəbçi görüşlərindən irəli gəlir. Bu adam o qədər qatı şiədir ki, İran mollalarının Əbubəkr, Osman, Ömər, Aişə xanım barədə artıq-əskik danışmağı xoş görməyən fitvalarını dindən çıxmaq kimi qəbul edir və İranı lənətləyirmış.

Rəsmi Tehranın iddialarına görə, 2018-ci ilin 9 may tarixində İranın Böyük Britaniyadakı səfirliyinə edilmiş hücumu da Yasir əl-Həbib və onun təşkilatı düzənləyib. İranın Londondakı səfiri Həmid Baidinejad həmin hücumdan sonra paylaşdığı tweet də ilk baxışdan bu iddianı təsdiqləyir Paylaşımda bildirilirdi: “Şirazi təriqətinin tərəfdarları İran İslam Respublikasının Londondakı səfirliyinə hücum edib, dövlət bayrağını sındırıb, İran hakimiyyəti əleyhinə şüarlar səsləndirib, Aişə, Əbubəkir, Ömər və Osmanı lənətləyiblər”.

Deyə bilərsiniz ki, Yasir əl-Həbibin və onun “Mehdi xidmətçiləri” təşkilatının Şirazi təriqətinə nə dəxli var? Məsələ burasındadır ki, İran ideoloqları Yasir əl-Həbibin Şirazi təriqətinin müdavimi olduğunu iddia edirlər və təriqətin qurucusu Sadiq Şirazini “ingilis şiəsi” adlandırırlar. Halbuki, Yasir əl-Həbibin dini təhsilini Londonda Sadiq Şirazinin yanında deyil, Qumda aldığı bəllidir. Onun müəllimləri də mərceyi-təqlidi kimi şirazlı olublar. Əl-Həbibin Wikiwand səhifəsində bu barədə deyilir: “Qumda olarkən Məhəmməd Riza əş-Şirazidən təhsil almışdı və Müctəba əş-Şirazinin kürəkənidir”. Görünür, mərceyi-təqlidinə yönlədirilməsində də Qumdakı müəlliminin və qaynatasının ciddi təsiri olub. Qumun İran kəşfiyyat orqanlarının təsir dairəsindən kənarda fəaliyyət göstərməsi inandırıcı görünmür və Yasir əl-Həbib rəhbərlik etdiyi təşkilatı Londona getməmişdən əvvəl qurub. Yəqin ki, şirazlı xocalarının direktivləri ilə.

Bildirildiyinə görə, Sadiq Şirazinin rəhbərliyi ilə İran, İraq, Suriya, Küveyt və digər ölkələrdə çoxlu təşkilatlar, fondlar və mərkəzlər fəaliyyət göstərir. Şirazilər mənşələrini Məhəmməd peyğəmbərə bağlayır və şiə ilahiyyatçıları arasında nüfuzlu sülalələrdən hesab olunur. Bu sülalə şiə dünyasında böyük nüfuza malik ayətullahlar yetişdirib. Həmin insanlardan bəziləri:

Məhəmməd Şirazi (Sadiq Şirazinin böyük qardaşı (ö.2001);

-Həsən Şirazi (ö.1980), Dəməşqdə (Suriya) "Həvza əz - Zeynəbiyyə" təşkilatının qurucusu, Livanda İraq xüsusi xidmət orqanları tərəfindən öldürülüb. Adları çəkilən şəxslərin hamısı "Böyük Ayətullah" tituluna malik olublar. Böyük Ayətullah ünvanını isə yalnız Qum üləmaları verə bilərlər.

Göründüyü kimi, Sadiq Şirazinin də Qumun iradəsindən kənar və MI6-a şiəsi olub-olmadığı məsələsi də qaranlıqdır. Mümkündür ki, Şirazilər sülaləsinin bir fərdi kimi, o da iki tərəfə - həm İrana, həm də Böyük Britaniyaya işləyir. Başqa sözlə, Sirazi sülaləsi İslam dünyasını parçalamaq, müsəlmanlar arasına məzhəb təfriqəsi salmaq üçün hazırlanmış “anglo-persian” projesi də ola bilər.

İran təbliğatçılarının iddialarını şübhə altına alan faktlar və ortada cavablandırılmamış başqa suallar da var. Həmin faktlardan biri “Mehdi xidmətçiləri” təşkilatının Azərbaycan səfirliyinin binası üzərində asdıqları bir şəkildir. Şəkildə Bakıda öz həyət divarının üzərində “Ya Hüseyn” yazaraq teokratik dövlətçilik ideyasını təbliğ edən Şəhla adlı xanımın bu hərəkəti əks olunub. İrana bağlı olduğu şübhə doğurmayan və İrançı çevrələrcə açıq şəkildə təbliğ edilən aksiyanı da hər halda “Böyük Britaniyanın MI6 xəfiyə örgütünə bağlı Mehdi xidmətçiləri” düzənləməyib. Yox əgər MI6 təşkil edibsə, o zaman İrana bağlı qüvvələr niyə həmin aksiyanı geninə-boluna təbliğ edirlər?

Bu suala birmənalı cavab vermək hələ ki, mümkün görünmür. Amma o bəllidir ki, İranın Azərbaycanda təşkil etdiyi belə aksiyalar ən azından Londondakı təxribata ideoloji zəmin hazırlayıb və əgər Qum tələbələrinin iddiaları doğrudursa, belə çıxır ki, İran ETTİLAT ilə ingilis MI6-sı və ya İsrail MOSSAD-ı paslaşıb. Elədirsə, yəhudi casusunu Cəbrayıldakı camışlar arasından yox, Tehranda axtarsınlar.
İkinci fakt, Azərbaycan səfirliyinə hücumdan qabaq İran dini liderinin ölkəmizin maraqlarının əleyhinə səsləndirdiyi fikirlərdir. Məlum olduğu kimi, ayətullah Xamanei iyulun 19-da Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla görüşündən sonra öz Tvitter hesabında İranın Zəngəzur dəhlizinin açılmasına laqeyd qalmayacağını açıq şəkildə bəyan edərək demişdi: “Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Ancaq əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran bunun əleyhinə çıxacaq. Ona görə ki, bu sərhəd neçə min illik əlaqə yoludur”.

Maraqlıdır ki, Xamaneinin bu çıxışından sonra Şəhla adlı qadın israrla öz həyət divarına “Ya Hüseyn” şüarı yazmaq eşqinə düşmüş və dövlətimizin Konstitusiya ilə təsbit olunan dünyəvilik sifətinə uyğun olmadığı səbəbindən polislərin müdaxiləsinə qarşı təxribatçı fikirlər səsləndirmişdi. Şəhlanın iddiasına görə, polislər guya 7 yaşlı qızına təcavüz etmək təhdidi ilə ona hədə-qorxu gəlmiş və hətta şeyxülislamın belə mənasını bilmədiyi bir cümlə ilə onu təhqir etmişdir: “Ləbbeyk, ya Küfə”. Halbuki, bu sözdə hər hansı təhqir elementi olmadığı kimi, polisin belə bir sözü bilməsi də inandırıcı deyil. Görünən budur ki, sözügedən qadının həmin hərəkətləri İran dini liderinin Zəngəzur dəhlizinə dözməyəcəkləri fikrinin açıq ifadəsi idi və Azərbaycana Xamanei təhdidinin heç də boş sözdən ibarət olmadığı mesajı verilirdi.

Təbii ki, Azərbaycan öz dövlət maraqlarını hansısa ölkənin dini liderinin təhdidinə qurban verə bilməzdi və bir neçə gün əvvəl Qarabağda həyata keçirilən “Qisas” əməliyyatının başlıca məqsədlərindən biri də Ermənistanı Zəngəzur dəhlizinin açılmasına məcbur etməkdi. Bunun ilk mesajını Prezident İlham Əliyev hələ ötən ilin dekabr ayının 14-də NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında bildirmişdi.

"Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması", - İlham Əliyev belə demişdi.

Göründüyü kimi, İlham Əliyev həmin çıxışında Zəngəzur dəhlizinin əvəzinə Laçın dəhlizi prinsipini ortaya qoyur və bu qarşılıqlı razılaşmanın Ermənistan tərəfindən 10 noyabr Bəyannaməsi ilə öhdəlik kimi boynuna götürdüyünü vurğulayırdı. Ermənilər isə böyük ehtimalla, İranın da təzyiqi ilə Zəngəzur dəhlizinin açılmasını istəmirdilər. Nəticədə bu il iyulun 15-də ölkə başçısı İrəvana sonuncu xəbərdarlığını göndərmişdi: “Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək”.

Sirr deyil ki, İrəvan rəsmi Bakının sonuncu xəbərdarlığına da məhəl qoymadığından Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə Laçın dəhlizini bağladı. Əlbəttə, məqsəd Qarabağda qalan bir ovuc ermənini ac-susuz buraxmaq deyil, İrəvanı Zəngəzur dəhlizinin açılmasına məcbur etməkdi. Təsadüfi deyil ki, “Qisas” əməliyyatından dərhal sonra Ermənistan Baş naziri Nikol Paşinyan açıqlama verərək, Zəngəzur dəhlizinin açılmasına hazır olduqlarını açıqladı. Deməli, Azərbaycan öz qarşısına qoyduğu hədəflərinə böyük ölçüdə nail olmuşdu. Böyük Britaniyadakı səfirliyimizə hücumun da məhz bu hadisələrdən sonra gəlməsi də əslində bütün gizli mətləblərə aydınlıq gətirir və MI6-nın həmin dəhlizə qarşı çıxması qətiyyən inandırıcı görünmür.

Qum tələbələrinin uydurduğu arqumentin ortaya çıxardığı ən önəmli suallardan biri MI6 və MOSSAD-ın Azərbaycanla İran arasındakı münasibətləri korlamaq iddiasıdır. Dini lideri belə, ermənipərəst mövqe sərgiləyən İranla Azərbaycan arasında hansı normal münasibət qalıb ki, kimsə onu pozmağa çalışsın? Münasibətlərimizin bu qədər kəskin xarakter almasının günahı isə nə ingilisdədir, nə də yəhudidə. İran Azərbaycanın öz torpaqları üzərindəki suverenliyini tanımaq istəmir, iki dövlət arasındakı gərginliklər də bundan qaynaqlanır. Hətta Böyük Britaniyadakı səfirliyimizə hücumda ingiliz barmağı olsa belə, buna zəmin yaradan İran liderlərinin ermənipərəst mövqeləridir. İran nə qədər ki, bu mövqeyindən əl çəkməyəcək, iki dövlət arasındakı münasibətlər də öz normal axarına düşməyəcək.

Heydər Oğuz,
Ovqat.com
Text-to-Speech

DİNLƏ






Şərh yaz
  • Eli
  • : 15:44
    • Нравится
    • 0
Know Everything About Ηow CBD Helps Yoսr Digestive System Candy
- Delicious Taste, Benefits ɑnd More
Thanks for finally talking about >Londondakı səfirliyimizə hücumun arxasında kim dayanır:
ETTELAT, MI6, yoxsa anglo-persian ittifaqı? – Tehranın Zəngəzur
dərdi » Millitv.az <Liked it!

my site: celebrity.webcam
Hello, its nice paragraph about media print, we all understand media is a enormous source
of data.

Review my blog post: [url=http://5zyyy.com/home.php?mod=space&uid=321348]1[/url]
PRP https://santanaaesthetics.simplybook.it

My webpage; Wallpapers and Paints
  • Ida
  • : 12:21
    • Нравится
    • 0
Dг. Sahin Yanik

Dr. Sahin Yanik finished medical school ɑt Trakya University in Edirne,
Turkey. Αfter completing һis internal medicine training at tһe University ߋf
Buffalo, he moved to southern California, ԝhere һе һаs been practicing medicine sinxe 2007.
Ɗr. Yanik іs currently a hospital-based physician,
specializing іn internal medicine, at Northridge Medical Center
іn Northridge, California. Ꮋе is board certified Ƅy the
American Academy оf Hospice аnd Palliative Medicine ɑnd by tthe Ameriican Board of Internal Medicine.



Havіng practiced іn multiple settings, from hospital tо
outpatient, Dr.Sahin һas participate іn multiple projects that hɑνe involved improving patient
safety andd quality οf care. He haѕ comprehensive experience and expertise iin treating
symptoms οf aсute disease, ɑs well as chronnic conditions and end of life care.
With his background іn palliative care, Dr. Yaniok
believes іn not onlу treating the disease іtself,
buut гather treating the whⲟle person witth dignity annd respect.


Ɗr. Yanik waѕ a recipient of the Art of Compassion award in 2011 and
thhe Stellar Stethoscope іn 2009, both ƅy St. John’s
Regional Medical Center.

Аlso visit my web site Now Solutions sports nutrition