Axtarış...

Masallının yeni başçısı da İŞƏ YARAMADI... - Hələ "çiləsi çıxmayıb", amma...

Masallının yeni başçısı da İŞƏ YARAMADI... - Hələ "çiləsi çıxmayıb", amma...

Masallı rayon sakinləri icra hakimiyyətinin yeni başçısı Araz Əhmədovun sələflərinin yolu ilə getməsindən narazıdır.

Millitv.az_ın məlumatına görə, Masallı şəhərinin bir qrup sakini tərəfindən AzToday.az-a göndərilən şikayətlərdə bildirilir ki, yeni başçı özündən əvvəlki başçılarının korrupsiyaya bulaşmış kadrlarını vəzifələrində saxlayır, bəzilərini isə daha yüksək vəzifələrə təyin etmək niyyətindədir.

Belə ki, sakinlər yeni başçıdan Şahin Məmmədov və Rafil Hüseynovun vaxtında şəhər təsərrüfatına rəhbərlik edən şəxsləri cəzalandıracağını gözlədiyi halda, onlar hələ də iş başındadırlar.

Bu şəxslərdən biri də Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə Nümayəndəliyinə rəhbərlik edən Əbülfəz Nuriyevdir. Şikayətlərdə iddia olunur ki, Əbülfəz Nuriyev Şahin Məmmədovun vaxtında Yaşıllaşdırma İdarəsini faktiki olaraq idarə edib. Və işçilərin əmək haqlarının bir hissəsini müxtəlif bəhanələrlə onlardan alıb.

Masallının yeni başçısı da İŞƏ YARAMADI... - Hələ "çiləsi çıxmayıb", amma...

Əbülfəz Nuriyev

Özünü Masallı şəhərinin meri sayan Əbülfəz Nuriyevin biznesi ilə bağlı da müxtəlif iddialar var. İcra nümayəndəsinin Viləş çayının mühafizə zonasında daş, çınqıl, qum və s. tikinti materiallarının satışıyla məşğul olması baradə çeşidli informasiyalar yayılıb. Həmçinin şəhər ərazisində tikinti normalarına uyğun olmayan obyektlərin tikintisində də Əbülfəz Nuriyevin iştirak etdiyi bildirilir. Məlumatlarda iddia olunur ki, icra nümayəndəsi şəhərdə özünə məxsus sənətsiz qeyri-yaşayış obyektləri də tikib.
Şikayətlərdə deyilir ki, Əbülfəz Nuriyev dövlət tərəfindən əhalinin yoxsul təbəqəsi üçün ayrılmış yardımların ünvanına çatmamasında rolu olub. Və şəhərdə qanunsuz küçə ticarətinə şərait yaradıb. Bütün bunlar isə şəhər sakinlərinin haqlı narazılığına səbəb olub.

Əbülfəz Nuriyevin Masallı şəhər təsərrüfatının satınalmalarında maxinasiyalar etdiyi də yayılan məlumatlar sırasındadır.

Şəhər sakinləri Araz Əhmədovdan xahiş edir ki, Əbülfəz Nuriyevin fəaliyyəti araşdırılsın və yoxlamaların nəticəsində onun barəsində tədbirlər görsün…

Redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz