Axtarış...

Masallının ŞAHİNİ UÇACAQ... - İDDİA

Masallının ŞAHİNİ UÇACAQ... - İDDİA


Masallıda rəhbər dəyişikliyi gözlənilir. Bu barədə DİA,AZ-a hökumətdəki mötəbər mənbələrdən informasiya verilib.

Xəbəri verən qaynaq iddia edir ki, hazırda Masallı RİH başçısı postunu tutan Şahin Məmmədovla bağlı yekun qərar verilib.

Mənbənin dia.az-a söylədikləri: "Şahin Məmmədovun təkcə görəvdən alınmasına yox, həbsinə tədarük görülür".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

***

DİA.AZ qeyd edir ki, Məmmədov Şahin Kərim oğlu 01 yanvar 1959-cu ildə Azərbaycan Respublikası Bərdə şəhərində anadan olmuşdur. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxumuşdur. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1983-cü illərdə “Azelektromontaj” idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib vəzifəsində işləyib. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Azəraudit” mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti Başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində işləmişdir.

28 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Müdafiə Nazirliyi 1918” yubiley medalı, Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən “Veteran Həmrəyliyi” medalı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Fədai” medalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Ş. Məmmədov Azərbaycan Respublikası Prezdentinin 17 aprel 2004-cü il tarixli Sərancamı ilə Samux rayon İcra hakimiyyətinin başcısı, 26 dekabr 2005-ci tarixli Sərancamı ilə Ağcabədi rayon İcra hakimiyyətinin başçısı, 20 noyabr 2019-cu tarixli Sərancamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

YAP Siyasi Şurasının üzvüdür.

Ailəlidir, 4 övladı var.

***

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz