Romanovlar sülaləsinin son çarı və onun ailəsinin yer üzündən silinməsi barədə çox deyilib, kitablar yazılıb, filmlər çəkilib. Amma bu mövzuda tədqiqatlar aparan, arxivlərdə araşdırmalara baş vuran bəzi ekspertlər ailənin ölüdürülmədiyini iddia edərək müxtəlif dəlillər ürəli sürüblər. Kimi Romanovların başqa adlar altında xarici ölkələrdə yaşadığını, digərləri onların elə Rusiyada qalaraq öz həyatlarına davam etdiyini iddia edib. Rusiya arxivlərində bir çox gizli tarixi sənədlərə indiyədək də çıxışın olmadığı faktdir. Amma bəzi mühafizəçilərin gizli sənədləri böyük pullar müqabilində araşdırmaçılara satması da sirr deyil. Rusiyada tarixə aid bir çox sənədlərin saxlandığı Arxiv İdarəsi əvvəllər Mədəniyyət Nazirliyinin tabelyində olsa da sonradan birbaşa dövlət başçısının tabelyinə keçirilib.
Statusun dəyişdirilməsini orda xüsusi ddövlət əhəmiyyətli sənədlərin qorunması ilə izah ediblər. Eksperlər bu dəyişikliyin əsil səbəbi barədə müxtəlif versiyaları nəzərdən keçirdikləri bir vaxtda Prezident Adminstrasiyası platformasında qeydiyyata alınan “Prezident” qəzetində dərc olunan bir araşdırma ölkədə əsil şok effekti yaradıb. Yazıda iddia olunub ki, çar ailəsindən heç kim güllələnməyib. Ailə üzvlərinin bəziləri hətta uzun ömür yasayıblar. Nikolayin varisi Aleksey isə SSRİ dönəmində yüksək vəzifə daşıyıb. Alekseyin hətta sərt repressiya dövündə bu ölkədə yaşaması, üstəlik vəzifə pillələri ilə olimpə doğru sürətlə irəliləməsi inandırıcı gürünməsə də, bu iddianın məhz prezidentə bağlı mətbu orqanda çap olunması məsələyə ciddi yanaşma tələb edirdi. Digət tərəfdən bənzər iddialar hətta 20-ci illərdən üzübəri dəfələrlə gündəmə gəlmişdi. Çar ailəsinin ən gənc üzvü Aleksey Nikolayeviç Romanovun Nazirlər Kabinetinin sədri Aleksey Mikolayeviç Kosıginə çevrilməsi iddialəri ictimaiyyət arasında yayılanda hələ yenidenqurmanın ilk illəri idi. O dövrdə gizli tarixlərin artıq gün işığına çıxarılmağa başladığı söylənilirdi. Bunlardan biri də Kosıginlə bağlı iddialar idi.
Deyilənə görə xəbərin mənbəyi partiya arxivi idi. Bəziləri bunu “siyasi lətifə” adlandırsa da ciddi münasibət sərgiləyənlər də az deyildi. Çünki çar ailəsi üzvlərinin cəsədlərini, onların harda dəfn olunduğunu kimsə görməmişdi. Sirli qurtuluşla bağlı söz-söhbət isə zaman- zaman səslənirdi. Yenidənqurma dövründə dəhlizlərdə pıçıltı ilə söylənən, yaxud hansısa tarixçinin naməlum mənbələrə istinadən iddia etdiyi xəbər nəhayət ki, illər sonra rəsmi qəzetdə dərc olundu. Araşdırma müəllifi Sergey Jelenkov bir suala cavab axtarıb tapmışdı. Çarın ailə üzvləri saxlandıqları yerdən qaça, yaxud qaçırıla bilərdilərmi? Onun yazdığına görə, Romanovlar ailəsinin saxlandığı evin yaxınlığında fabrik yerləşirdi. 1905-ci il inqilabı zamanı fabrikin sahibi üsyançıların ora gələ biləcəyini nəzərə alaraq yeraltı tunel qazdırmışdı. Siyasi Büro sözügedən evin sökülməsi barədə qərar verəndən və Boris Yeltsen bu barədə qərarın icrasını tapşırdıqdan sonra buldozer söküntü işləri zamanı həmin tunelə aşmışdı.
Tədqiqatçı Tom Manqold və Entoni Sammars 1979 -cu ildə çap etdirdikləri “Romanovların isi, yaxud olmayan güllələnmə”adlı kitabda bir sıra maraqlı məqamlara toxunublar. Onlar qeyd ediblər ki, 1978-ci ildə Brest sülh müqaviləsinə qoyulan 60 illik məxfilik müddəti bitir. Buna görə də arxiv materiallarına baxmaq olduqca maraqlı olardı. İLk üzə çıxarılan sənəd ingilis səfirinin teleqramı idi. Teleqramda səfir çar ailəsinin Yekatirinburqdan Permə aparılmasından bəhs edirdi. Britaniya kəşfiyyatının ordudakı casusu Aleksandr Kolçakın məlumatına görə, 1918-ci il 25 iyulda admiral güllələnən çar ailəsi barədə dərhal araşdırma tələb edib. 3 ay sonra kapitan Namyotkin onun masasının üstünə bir hesabat qoyub. Həmin hesabatda bildirilirdi ki, çar ailəsinin güllələnməsi əvəzinə güllələnmə oyunu oynanılıb. Kolçaq buna inanmayıb və ikinci araşdırma tələb edib.
Bu dəfə iş tədqiqatçı Sergeyeve tapşırılıb. Onun da nəticəsi birincini təsdiqləyib. Onlarla paralel olaraq kapitan malinovskinin komissiyası da bu məsələ üzərində işləyirdi. 1919-cu ildə sözügedən komissiya belə bir rəy hazırladı. “Mənim işlərimin nəticəsi olraq belə söyləməyə əsas var ki, ailə sağdır. Tədqiqat zamanı əldə edilən bütün faktlar gülələnmənin gürüntü olduğunu söyləməyə əsas verir. “
Aleksey Romanovun Alaksey Kosıginə çevrilməsinə gəlincə, bu iddianın nə dərəcə doğru olub-olmadığını qəti şəkildə söyləmək çətin olsa da Kosıginin həyatında baş verən bəzi məqamlar, Stalinin ölümünə yaxın verdiyi qərardan, Xruşovun bəd niyyətindən, Brejnevin hiylələrindən qoruyan gizli bir əl olduğunu göstərir. O dövrdə artıq özünü Rusiyanın Ali Hökmdarı elan etmiş admiral Kolçakın canlı çara qətiyyən ehtiyacı yox idi, ona görə də Sokolov çox aydın göstərişlər aldı - imperatorun ölümünün sübutunu tapsın. Sokolov yalan deməkdən yaxşı bir şey düşünmür: “Cəsədlər şaxtaya atılıb, turşuya məruz qalıb”.Tom Mangold və Anthony Summers elə hesab edirdilər ki, ipucunu Brest-Litovsk sülh müqaviləsinin özündə axtarmaq lazımdır. Lakin onun tam mətni London və ya Berlinin məxfilikdən çıxarılan arxivlərində yox idi. Və onlar belə nəticəyə gəliblər ki, müqavilədə kral ailəsinə aid məqamlar ola bilər.
Hələ o dövrdə əksər araşdırmaçıların gəldiyi qənaət bu idi ki, çarı qırmızılar deyil, özlərinin liberal düşüncəli aristokratları, burjuaziya və ordunun yuxarı təbəqəsi devirib. Bolşeviklərin II Nikolaya xüsusi nifrətləri yox idi. Onları heç nə ilə hədələmirdi. Lenin II Nikolayın yaşamasının gənc sovet dovləti üçün daha sərfəli olduğunu başa düşürdü. Axı çar Qərb banklarında bir çox ailə və dövlət əmanətlərinin sirrini saxlayırdı. Sonralar Rusiya imperiyasının bu sərvətlərindən sənayeləşmə üçün istifadə edildi.
“Prezident” qəzetinin yazdığına görə, SSRİ DTK-da 2-ci Baş İdarənin bazasında kral ailəsinin və onların övladlarının SSRİ ərazisindən bütün hərəkətlərinə nəzarət edən xüsusi şöbə fəaliyyət göstərirdi:"Stalin Suxumidə kral ailəsinin bağının yanında bağ tikdirdi və oraya imperatorla görüşməyə gəldi. Sonra isə zabit geyimində II Nikolay Kremlə getdi və bunu qvardiyada xidmət edən general Vatov da təsdiqlədi.Tarixçi Sergey Jelenkov Alekseyin Qırmızı Ordu əsgəri Kosıginə çevrilməsinə dair çoxlu sübutlar təqdim edir. Vətəndaş müharibəsinin gurultulu illərində və hətta Çeka pərdəsi altında bunu etmək həqiqətən çətin deyildi. Daha maraqlısı onun gələcək karyerası idi. Stalin gəncin böyük gələcəyini düşünür və iqtisadi xətt üzrə uzaqgörənliklə hərəkət edirdi.