Son illər aparılan kadr islahatlarının sosial sifariş olması barədə media orqanı olaraq dəfələrlə yazmışıq.
Həqiqətən də, on illərlə kresloya bitən və qopmayan icra başçılarının, nazirlərin, komitə sədrlərinin vəzifədən uzaqlaşdırılması cəmiyyətin gözləntilərindən idi.
Bu məmurların bir çoxu az qala ÖTƏN ƏSRİN 90-cı illərindən vəzifəyə gəliblər.
Yəni ən yaxşı halda cəmiyyətin gözünü “mazol” ediblər.
Ən dəhşətlisi odur ki, “mazol” məsələsindən başqa, bu kreslo sahibləri başdan ayağa rüşvət və korrupsiya bataqlığında idilər, bunların rüşvət hesabına aldıqları villalar, mülklər, avtomobil kolleksiyaları cəmiyyətdə haqlı olaraq aqressiya yaradırdı.
Digər vacib faktorlar da var.
Həm də ən vacibi, bu şəxslər dövlət başçısının etimadını doğrultmurlar.
Belə olan halda bütün sferalarda yeniləşmə, kadrların gəncləşməsi prosesi başladı.
Qısa vaxtda xeyli sayda rayonlarda yeni, gənc icra başçıları vəzifələrə təyin olundu.
Daha sonra bir neçə komitə və nazirliklərə gənc, Avropada təhsil almış kadrlar təyin olundu.
Amma gəlin açıq etiraf edək ki, gözlənilən nəticə ortada yoxdur. Hətta cənab Prezident yeni kadrları təyin edəndə “Əgər etimadı doğrultmasanız...” deyir.
Bəli, ortada faktlar və ciddi səbəblər var.
Yəni böyük bir rayona, yaxud komitəyə, nazirliyə təyin olunan gənc kadr, rüşvətxor və korrupsilayalaşmış şəbəkə ilə işləmək məcburiyyətində qalır.
Babalarımızın gözəl bir misalı var ee...
Deyir səni çaya susuz aparıb susuz gətirərəm...
Bəli, köhnə rüşvətxor komanda yeni rəhbəri elə təcrid edir ki, “çay-su” məsələsi yada düşür.
Gəlin konkret olaq qurumların birində bu məsələyə nəzər salaq.
Məsələn, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ( ASC ) misalında gəlin problemə nəzər salaq.
Bu qurumda baş verən yüz milyonlarla maxinasiyalar, tender oyunları, 1 kranı 1 milyona satmaq və s kimi cinayət əməllərini sadalamaqdan media orqanları yorulub.
Kimlərsə deyə bilər ki, bunlar azad medianın uydurmasıdlr.
Yaxşı, bəs cənab Prezident İlham Əliyevin müşavirədə dediklərinə nə deyirsiniz, cənablar..?
Cənab Prezidentimiz İlham Əliyev ölkədə su təsərrüfatının vəziyyətinə həsr edilmiş və videokonfrans rejimində keçirilən müşavirə zamanı bu sahədə hökm sürən neqativ meyllər barədə sərt danışıb. Cənab, Prezidentimiz ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırıb, bu itkilərin kimlərinsə marağında olduğunu dilə gətirib.
Ali Baş Komandanımız onu da deyib ki:
“Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Prezidentimiz özü də açıq şəkildə deyir ki, 40-50 faiz su itkisi yalandır…
Deməli, 40-50 faiz su itkisi milyonlar deməkdir.
Bəli, biz media olaraq dəfələrlə, ASC-nin az qala 20 ildir sədr müavinləri olan Rafiq Aslanovun, Zakir Quliyevin əməllərindən yazmışıq.
Axı, dövlətdən konkret maaş alan Rafiq Aslanov, yaxud Zakir Quliyev Avropada mülkləri hansı pulla alıblar..?
Zakir Quliyev daş-qum-çınqıl karxanasını, balıq vətəgələrini hansı pulla saxlayır..?
Əlbəttə, cənab Prezidentimizin dediyi 40-50 faiz su itkisi ilə…
Əslində bunun adı sadəcə su itkisidir…
Biz dəfələrlə oxucularda aydın təsəvvür yaranması üçün ASC-nin bütün qurumlarının siyahısını vermişik ki, qurumdakı rüşvət və korrupsiyanın miqyası, “razmeri” aydın olsun.
Azərbaycanın hər rayonunda ASC-nin idarəsi, kanalı, istismar müəssisəsi var.
İndi isə keçək əsas mətləbə.
Bütün ölkəni əhatə edən, son dərəcə korrupsiyanın olduğu ASC-yə Zaur Mikayılov xeyli müddətdir ki, sədr təyin olunub.
Bu müddət ərzində nə dəyişib..?
Niyə bircə dəfə Zaur Mikayılov müavinləri Zakir Quliyev, Rafiq Aslanovun əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat vermir, yaxud obyektiv audit yoxlaması tələb etmir..?
Bax, bizim üçün maraqlı olan budur ki, yeni rəhbər kadrlar, nə üçün köhnə komanda ilə işləməyə üstünlük verirlər və tədricən onlara uyğunlaşırlar.
Sözümüzün canı odur ki, niyə təyin olunan yeni kadrlar susmağa üstünlük verirlər..
Bax, əsas məsələ budur.
P.S. Biz üzərimizə düşən məsələni etdik, eşitdik, dinlədik və yazdıq. Araşdırmaq isə Hüquq Mühafizə Orqanlarının işidir. //gundelik-baku.com//