Vallah məni qınamayın, çox əcaib zəmanədə yaşayırıq. Bu zəhrimar koronavirus bir yandan, o biri yandan da koronavirusdan daha təhlükəli məmurlarımız..
Ümumiyyətlə, bəşəriyyətin tarixi boyu dəhşətli müharibələr, epidemiyalar, taun, vəba və təbii fəlakətlər, zəlzələlər, daşqınlar, vulkanlar olub və olacaq.
Amma təbii fəlakətdən dəhşətlisi məmur fəlakətidir. Təbii fəlakət 3-5 gün çəkir və bitir, sonra dəyən zərər aradan qaldırılır.
Amma məmur fəlakəti bitib-tükınmək bilmir. Görmürsünüzmü, gündə “paçka-paçka” məmur həbs edirlər, amma fəlakət dayanmır. Və tam əminliklə deyirəm ki, dayanmayacaq.
Çox maraqlıdır ki, bir neçə il əvvəl hamı bir ağızdan deyirdi ki, bu qocalar niyə postlarını cavanlara vermir, gəncləri qabağa vermək lazımdır və s.
Cənab Prezident İlham Əliyev cəmiyyətdən gələn bu istəyi, sifarişi həyata keçirdi və qısa vaxtda xeyli sayda gənc icra başçısı, nazir, komitə sədri təyin olundu.
Və Prezident bu gəncləri mühüm vəzifələrə təyin edəndə cəmiyyətin qarşısında, televizorda açıq şəkildə dedi ki, sizlərə etimad göstəririk, amma doğrultmasanız, cəzanızı alacaqsınız..
Belə gənclərdən biri də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovdur.
Nahid Bağırovun tərcümeyi-halından bəlli olur ki, o, Azərbaycanın ən hörmətsiz, ən səviyyəsiz ali məktəbini ABU-nu bitirib. Bu adam ABU-da oxuya-oxuya Sabunçu məhkəməsində katib işləyib. Bu necə olur, cənab icra başçısı ?
Sonra turizm biznesi ilə məşğul olub.
Gecə yatıb yuxuda nə görübsə, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar Milli Məclis seçkilərində 62 sayli Saatlı Seçki Dairəsi üzrə namizədliyini verib.
Gərgin seçkilərdən sonra Nahid Bağırov cəmi 4,5 faiz səs toplayıb. Adama deyərlər bu səslə sən necə deputat olmaq istəyirdin ?
Digər tərəfdən Saatlı camaatı ilə sənin nə əlaqən, nə münasibətin, səni orda tanıyan yox və s.
Bəs hansı məntiqlə oradan deputatlığa namizəd oldun ?
Deməli, 4 yarım faiz səs toplayan Nahid Bağırov bircə ay sonra İsmayıllıya icra başçısı təyin olunur. Və düz 1 ay sonra İsmayıllı meşələrində keçirdiyi biznes layihəyə görə, Prezident tərəfindən töhmət alır. Yəni karantin dövründə turizm layihəsi ilə bağlı İsmayıllı meşələrində keçirilən tədbirə görə ilk töhmət.
Amma çoxları bilmədi ki, töhmət Mərdəkandakı Qoşa Qala restoranında baş verənlərə görədir. Yəni ciddi karantin dövründə təzə icra başçısı İsmayıllıda işini tərk edib Mərdəkanda məşhur QOŞA QALA restoranda olarkən ruhi tarazlığını itirib.
Və bununla da gənc icra başçısı ona göstərilən etimadı itirib.
Mərdəkanda nə baş verib ?
Araşdırmamız davam edir. //gundelik-baku.com//