Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi üzərinə düşən öhdəlikləri pozaraq rayonların meşələrinin dağıdılmasına, meşə zolağına mal qoyun sürülərinin lövbər salmasına hətta kotejlərin tikilməsinə şərait yaradıb.
Meşələrin məhvinə yönələn nöqsanların başında isə adıçəkilən mərkəzin “dağıdıcı” rəhbəri Məhəmməd Tağıyev özü durur.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mühüm tövsiyyə və tapşırıqlarına məhəl qoymayan ( ETSN) Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi tabeçiliyində olan Gədəbəy rayonun Qoşabulaq kəndi ərazilərindəki meşələri bəzi işbazların mal-qoyun sürülərinin fermasına çevirərək hətta kotejlərin tikilməsinə göz yumaraq varlanmağı üstün tutur.
Gəncə şəhər sakini Ülvü Zeynalov tərəfindən “Dünyanınsəsi.Az”-a göndərilmiş videomaterialdan da göründüyü kimi, özbaşınalıq o həddədir ki, Gədəbəyin Qoşabulaq kəndi ərazisindəki 47 saylı meşə massivində Eldar Mehdiyev əraziyə gələn qonaqları soymaqla yanaşı həm də özünə məxsus olan mal qoyun sürülərini həmin meşədə saxlayır.
Redaksiyamıza şikayət edən Ü.Zeynalov bildirir ki, 24.07.2022-ci il tarixdə 13 nəfər ailə üzvüləri ilə birlikdə Şahzadə meşəsində Eldar Mehdiyevə məxsus olan İstirahət Mərkəzində yerləşdik.Sonda meşəbəyi bizdən yer haqqı kimi nə az, nə çox 80 manat pul aldı.Belə olan halda bir sual ortaya çıxır.Görəsən, meşələrdən yer haqqı adıyla yığılan bu pul vəsaitləri hansı vəzifəli şəxsin cibinə gedir? Həm də ərazidə yay mövsümü ilə bağlı ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsi ilə bağlı 14 saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyi bu şəxsləri vergiyə cəlb edə bilirmi? Yoxsa, bu ərazidə “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipi hökm sürür?
Ağır səslənsə də, demək olar ki, Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məhəmməd Tağıyevin rəhbərlik etdiyi mərkəz bilərəkdən hər kəsin Şahzadə meşəsi kimi tanıdığı ərazini işbazlara satıb.Və həmin ərazidə ağaclar kəsilərək yerində bir neçə kotejlərin tikilməsinə şərait yaradılıb.Məlumat verən mənvə iddia edir ki, Bu kotejlər uzun illər hüquq mühavizə orqanlarında çalışan Cahangir Hüseynov adlı bir oliqarxa aiddir. Bu oliqarxın hasara aldığı əraziyə nəyinki insanlar gedib baxa, hətta quşu belə uçmağa imkan verilmir..Gdəbəy sakinləri sayın Muxtar Babayevdən Şahzadə meşəsini katejlərlə zəbt edən bu şəxslə bağlanmış olan icra müqaviləsinə yenidən baxılmasını da xahiş edirlər.
Hər il olduğu kimi bu il də Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məhəmməd Tağıyev vəzifə səalahiyyətlərindən sui-istifadə etməklə Gədəbəy rayonun Qoşabulaq kəndi ərazisndə yerləşən (Şahzadə meşəsi) meşəbəyliyinin 47 dolayısını işbazlara dədə malı kimi satıb.
Ərazidən çəkilmiş videomateriala baxarkən məlum olur ki, sözgedən meşə dolayısında yüngül və digər konustruksiyalarla çoxlu sayda ictimai – iaşə obyektləri tikilib.Yerli kənd sakinləri də iddia edirlər ki, mövsümlə bağlı hər obyekt sahibi Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məhəmməd Tağıyev 3000 manat pul verməlidir.Əgər deyilən “taksa” verilməsə meşənin zəbt edilməsi ilə bağlı dərhal ərazi üzrə polisə müraciət edilir.Həmin şəxs və şəxslər dərhal meşə ərazisindən çıxarılır.
Gəncə sakini onuda saytımıza bildirb ki, 47 saylı dolayının meşəbəyisi Eldar Mehdiyevin də həmin ərazidə kabaxanası həm də istirahət mərkəzi var. Meşbəyi ərazidə həm də özünə məxsus olan çoxlu mal, qoyun saxlayır.
Meşələrin icra müqaviləsi olmadan zəbt edilməsi eləcədə mal-heyvan saxlanması olayından 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin guya xəbəri yoxdur? Əlbəttə, Var!
Meşədə lövbər salan mal qoyun sürüsünü özündə əks etdirən videomaterialı təqdim edirik:
Redaksiya olaraq inanırıq ki, meşələrin zəbt edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti araşdırma aprıb nəticəsi barədə ictimaiətə açıqlama verəcəkdir.
Sonda Gəncə şəhər sakini mətbuat vasitəsi ilə sayın Muxtar Babayevdən xahiş edir ki, ondan alınmış olan 80 manat vəsait hansı hesab nömrəsinə köçürülüb?
Faktla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Dünyanınsəsi.Az