Axtarış...

Meşələrimiz mal-qara ÖRÜŞÜNƏ ÇEVRİLİR... - İTTİHAM

Meşələrimiz mal-qara ÖRÜŞÜNƏ ÇEVRİLİR... - İTTİHAM

Respublika meşələri günü-gündən qırılıb məhv olur, meşə torpaqları sahibkar və vətəndaşlara kənd təsərrüfatı bitkiləri əkmək məsədilə satılır, meşələrdə 200 hektarlarla dövlət meşə fondu torpağı mal-qara örüşü kimi sahibkarlara satılır. Şikayətçilər bu işin başında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun olduğunu söyləyirlər .

Millitv.az metbuat.info-ya istinadla xəbər verir ki, Masallı RMTM-nin Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında 40 hektardan çox meşə ərazisi oradakı sahibkara mal-qara örüşü kimi verilib. Orada olan yemişan, əzgil və qaratikan kimi kol və ağaclar kəsilərək həmin örüşə mühafizə çəpəri çəkilib. Bu barədə dəfələrlə Cəlilabad sakinləri şikayət versələr də onların şikayətinə hələ də baxılmır.;
-Masallı RMTM-nin Yeyənkənd meşəbəyliyinin 14 və 16 və Qəriblər meşəbəyliyinin isə 2a saylı dolaylarında 100 hektara yaxın meşənin mərkəzində olan açıq talalar oradakı ferma və mal-qara sahiblərinə örüş kimi verilir (satılıb) . Deyilənə görə, Vüqar Kərimovun Masallıda kı, "qara kassir"i olan Mərkəzin baş mühafizə mühəndisi Abturab Bağırov bu yerlərdən hər il "dolya" yığaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyində olan öz "krışasına" ötürür və Yeyənkənd meşəbəyliyində meşədə kustar üsulla kömürdə basdırıb.

Sual:

Necə olur ki, bu fermalara və mal-qara tövlələrinə akt yazılmır?
Və ya yazılanda dövlət meşə fonduna dəymiş ziyan bəs niyə yazılmır?
Bəs nə üçün bütün günü mal-qara, orada kı, örüşlərdə otlayır və təbii bərpa və meşə əkinlərin məhv edir, amma məsul vəzifəli işçilər isə buna göz yumur?.
Ekologiya Nazirliyi çıxıb bu yazılanlara açıqlama verə bilərmi?!.

Qarşı tərəfin də mövqeyin işıqlandırmağa hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz