Axtarış...

vəzifə kürsüsünə pul qazanmaq imkanı kimi baxan məmurlar

Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır

Prezident İlham Əliyev


Saytların birində “Qiyməti əl yandıran soğan tarlada çürüyür” başlıqlı yazı gözümə dəydi. Yay girəndən bu mövzuda yazıların sayı artıb. Müşahidələr göstərir ki, meyvə- tərəvəzin iyul ayındakı qiymətləri heç vaxt bu qədər yüksək olmayıb. Paytaxt bazarlarında qiymətlər ildən -ilə bahalaşır və bu məsələyə birbaşa aidiyyatı olan Kənd Təsərrüfatı naziri isə sözügedən problemin ona və rəhbərlik etdiyi quruma dəxli yoxmuş kimi davranır. İstehlakçılar bahalıqdan şikayətlənir. Kəndlinin isə min bir əziyyətlə, xərc çəkib yetişdirdiyi məhsulu bostanda, bağda, tarlada qalıb çürüyür.
vəzifə kürsüsünə pul qazanmaq imkanı kimi baxan məmurlarƏgər şəhər sakinləri bahalıqdan, kəndli isə məhsulunun əində qalmasından şikayət edirsə, bəs onda Kənd Təsərrüfatı Nazirliyi hara baxır? Nə işlə məşğuıdur? Qurum rəsmilərinin verdiyi absurd cavab isə adaml lap hövsələnə çıxarır. “Nazirliyin qiymətlərə müdaxilə etmək səlahiyyəti yoxdur” Axı sizdən qiymətə müdaxilə etməyi istəyən kimdir? İstehlakçı məmnunluğunu təmin etməyin əsas yolu bazarda bolluq yaratmaqdan keçir. Nazirliyin bu tələbə qarşı cavabı da hazırdır. Fermerlərin öz məhsullarını ixraca yönəltməsini bəhanə gətirən rəsmilərə sözumüz budur ki, böyük çətinlik və borc-xərclə yetişdirdiyi məhsulunu nəinki xarici ölkəyə ixrac etməyə, hətta paytaxt bazarlarına belə çatdirmağa imkanı olmayan kəndlilərin məhsulunu yerində, tarlada-bostanda münasib qiymətə(qəpik-quruşa deyil) alıb şəhərlərə çatdırmaq, bazarlarda bolluq və sağlam rəqabət yaratmaq, ticarət məkanlarını inhisarçılıqdan təmizləmək və bunun sayəsində qiymət artımını aşağı salmaq çoxmu çətindir? Yəni bu işi təşkil etmək üçün nazirliyin maddi-texniki bazası yoxdurmu? Qış mövsümündə ailələlərlə müqavilə bağlayıb kəndlinin becərdiyi məhsulu qapısında alaraq illər boyu davam edən bu problemi yoluna qoymaq olmazmi? Əlbəttə olar, amma rahat kabinetindən çıxıb soyuq qışda, qızmar istilərdə özlərinə belə çətinliyi rəva görməyən məmurlarımız vəzifə başında olduqca problemlər də həll olunmamış qalacaq. Dövlətin verdiyi maası da ciblərinə qoyurlar, qalan vaxtlarını isə halal-haram bilmədən qeyri-qanuni yolla pul qazanmağa sərf edirlər. vəzifə kürsüsünə pul qazanmaq imkanı kimi baxan məmurlarİnsanları məmnun etmək nəylərinə lazım? Amma başa düşmürlər ki, əsil vəzifələrini unudub “başqa işlərlə “ məşğul olarkən insanların hökumətə, dövlətə inamını sarsıdırlar. Dövlət başçısı maaş və təqaüdlərin hər il artırlması barədə sərəncamlar imzalayır. Vətəndaşı isə aldığı bütün təqaüd və maaşını qida məhsullarına xərcləyir. Onun dərman almağa, kommunal xərcləri ödəməyə, yay fəslində qısa bir istirahətə belə maddi imkanları qalmır. Öz vəzifə borclarını unudub korrusiya və rüşvətxorluq əməllərini davam etdirən nazirlərin, hökumət üzvlərinin günahı üzündən prezidentin insanların rifah halının yaxşılaşdırılması istiqamətində atdığı bütün əməklər boşa gedir. Burda söhbət təkcə Kənd Təsərrüfatı nazirlyindən getmir. Əksər dövlət qurumları, nazirliklər, İcra orqanları, məhkəmə sistemində və s. fəaliyyət göstərən sələhiyyət sahiblərinın qəbuluna düşmək sadə vətəndaşa nadir hallarda nəsib olur. vəzifə kürsüsünə pul qazanmaq imkanı kimi baxan məmurlar Bu qurumlardakı kabinetlərdə şəhər telefonları ya bütün günü “məşğul” olur, ya sadəcə dəstəyi qaldıran olmur.Dəhlizlər şikayətçilərlə dolu olsa da onları qəbul edən tapılmır. Çünki Azərbaycan məmurları( istisnaları qeyd etməliyik) yerində tapılmır. Ya günortadan sonra işə gəlir, ya da katibələri rəislərin “obyektlərdə” olduğunu söyləyib şikayətçilərə sabah gəlmələrini tapşırırlar. Həmin qurumların aşağı səlahiyyətlli əməkdaşları də rəislərinin “İşlədiyi kimi” çalışırlar. Necə deyərlər mal sahibinə oxşamasa haramdır. Beləcə insanların ömrü bu sabahların dalınca gəlib-getməklə keçir. İnsanlar kiçik bir problemi həll etmək üçün bəzən aylar-hətta illər sərf edirlər. Sonra deyirlər ki, ölkədə infarkt keçirənlərin, süründürməçilikdən bezib intihar edənlərin, başı pozulub psix olanların sayı rekord həddə yüksəlib. Yüksəlməsin nə etsin?vəzifə kürsüsünə pul qazanmaq imkanı kimi baxan məmurlar Hələ nə yaxşı ki, ölkədə Asan, Kommunal xidmətlər fəaliyyət göstərir. Bu qurumlar olmasaydı insanların halı necə olardı, demək çətindir. Nazilrlər Kabinetini və icra hakimyyəti sistemini ləğv edib onların funksiyasını Asan xidmətlərə həvalə etməklə dövlət büdcəsinə böyük vəsaitlər qazandırmaq, şikayətləri kökündən həll etmək mümkündür. Yoxsa belə boynuyoğun, özünü balaca padşahlar kimi aparan məmurlarla elektron hökümət filan qurmaq boş xəyaldır.
vəzifə kürsüsünə pul qazanmaq imkanı kimi baxan məmurlar


Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz