Axtarış...

Şəhid ailələrinə şəhər nəqliyyatından pulsuz istifadə imtiyazı verilsin - ÇAĞIRIŞ

Şəhid ailələrinə şəhər nəqliyyatından pulsuz istifadə imtiyazı verilsin - ÇAĞIRIŞ


Bu günlərdə sosial şəbəkələrdə maraqlı bir görüntü paylaşılmışdı. 88A saylı marşrutda yaşlı bir insan gediş haqqını ödəyə bilməyib. Sürücü onu düşürtmək istəyəndə digər sərnişinlər müdaxilə edib. Bəlli olub ki, imkansız sərnişin şəhid atasıdır.

İbrətamiz olaydır. Şəhid atası gediş haqqını ödəyə bilmir. Halbuki, milli dəyərlər bir yana qalsın, bu yöndə dövlətimizin təqdir ediləsi addımları da az olmayıb.

Məsələn, bir vaxtları müharibə veteranları, hərbçilər və hətta tələbələr şəhər nəqliyyatından pulsuz istifadə edirdi. Bu da aztəminatlı insanlar üçün böyük dəstək idi. Lakin, müəyyən səbəblərdən bu güzəştlər sonradan ləğv olundu.

Amma dövlətimizin mövcud iqtisadi durumu imkan verir ki, imtiyazlı şəxslərin şəhər nəqliyyatından güzəştli şərtlərlə istifadəsinə yenidən baxmlsın. Onsuz da şəhər nəqliyyatı dövlətdən dotasiya alır. Və bu güzəştlərin tətbiqi büdcəyə elə də böyük yük olmaz. Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Millət vəkili Fazil Mustafa bildirib ki, şəhid ailələrinə şəhər nəqliyyatından pulsuz istifadə imtiyazının verilməsi yaxşı olardı:

“Amma ailənin hansı üzvünün bu imtiyazdan yararlanacağı bir qədər mübahisəli məsələdir. Xatırlayırsınızsa şəhid ailəsinə verilən evlər bəzən gəlin-qaynana, oğul-ata arasında mübahisə predmetinə çevrilir. Ona görə də bunun optimal variantı tapılmalıdır ki, bundan sui-istifadə edilməsin. Məncə şəhid ailələrinə müəyyən ödəniş kartlarının verilməsi yaxşı olardı. Yəni pensiya və təqaüdlərin verilməsi kimi dövlət ayrıca bir kvota müəyyən edə bilər. Və şəhid ailəsi də bu kvotadan ay ərzində şəhər nəqliyyatında istifadə edər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz