Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqının bir hissəsini ödəməyən tələbələrin adları yazılaraq divara yapışdırılıb.
Millitv.az axar.az-a istinadən xəbər verir ki, ADMİU rəhbərliyinin tələbələrə qarşı bu cür qeyri-etik davranışı sosial şəbəkələrdə rezonans yaradıb.
İstifadəçilər məsələni bu formada yaymaqla, rəhbərliyin tələbələri universitetdə alçaltdığını deyiblər.