Prodüser Tarıx Əliyev efirdə xalq artisti Zeynəb Xanlarova ilə bağlı arzusunu açıqlayıb.
Millitv.Az baku.ws-yə istinadən xəbər verir ki, Tolik əfsanəvi sənətkarı öz verilişində görmək istədiyini bu sözlərlə dilə gətirdi:
"Hər insanın bir arzusu olur. Bəlkə mənim də arzum çin oldu? Sizi o gözəl ansanblınızla burada qonaq etmək istəyirəm. Bilmirəm, bu arzum nə qədər realdır, amma bu mənim ən böyük arzumdur. O qədər xoşbəxt olaram ki... Həyatımda nəyə desəniz, ona tövbə edərəm.
Desəniz ki, Tolik, qalmaqal qurtardı, tövbə edərəm, bir daha qalmaqal etmərəm. Söz verirəm"