Axtarış...

Abşeronun gizli qalan sərvəti

Abşeronun gizli qalan sərvəti
Dövrümüzə gəlib çatmış bir çox qiymətli orta əsr abidələri içərisində Şirvan şahlarının yay iqamətgahı diqqəti daha çox özünə cəlb edir. Dəniz sahilindən təxminən 2 km məsafədə, Nardaran kəndinin şimali-şərq kənarında, yüksək qumsallıqda inşa edilmiş yay sarayı öz unikal gözəlliyi ilə ilə ətraf tikililər içərisində seçilir. Nardaranın dəniz sahili, əlverişli iqlimi, strateji əhəmiyyətli coğrafi məkanı, XIII-XIV əsrə aid müdafiə qalalarının kəndə yaxınlığı Şirvan şahlarında məhz bu ərazidə yay sarayı və bağ salmaq qənaətini möhkəmləndirib. Xalq arasında “Xan bağı” deyilən bu möhtəşəm tikili əslində “Şah bağı” adlanmalıdır. Çünki yay iqamətgahı Şirvanşahlara aid tikilidir və bu, müxtəlif dəlillərə əsaslanmaqla, sübuta yetirilib. Belə ki, Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilmiş yay sarayı üzərində epiqrafik yazıların aşkarlanmaması, tikinti texnikası və arxitektura həllinə görə Şirvan şahlarının Bakının “İçərişəhər”indəki saray kompleksinə yaxınlığı, bu tikilini XIII-XIV əsrlərə aid etməyə imkan verir. Nəzərə alsaq ki, Şimali Azərbaycan ərazisində xanlıqların yaranması XVII-XVIII əsrlərə aiddir, bu halda onun Şah bağı olması inkaredilməzdir.
Yazılı mənbələrdə “Şah bağı”nın kompleks tikintiləri, həmçinin, onu əhatə edən üzümlüklər içərsində bir neçə kiçik köməkçi xidmət otaqlarının, hövuz və iki su quyusunun olduğu bildirilir. Şübhə yoxdur ki, bağın ərazisi nə vaxtsa baş tağlı girişə malik olmaqla, hasarla əhatə olunub. Bağın ətrafında sadəcə qalıqları görünən köhnə daşlara baxanda, əsrlərin o tayında qalan, hündür hasarların arxasında və üzümluklər, qızılgül kolları, əncir, püstə, tut aqacları ilə ahətələnmiş cığırlarda şahzadələrin qayğısızca qaçıb oynadığı möhtəşəm yay iqamətgahı göz önünə gəlir. Bu mənzərəni canlandırmaq üçün miyonlardan keçməyə dəyər. Binaya yaxınlaşdıqca fasadın dənizə istiqamətlənmiş girişinin dərin taxçalı oxvari baş tağla başlandığı görünür. Tağ açımının haşiyəsi divar səthindən nisbətən qabarmaqla, binanı əhatələyən karnizlə tamamlanır.
Abşeronun gizli qalan sərvəti“Şah bağı” yan cinahlardan, hamar səthli sadə fasadlarda üç düzbücaqlı pəncərə açımları ilə işıqlandırılıb. Qapılara yerləşdirilmiş pəncərələr nisbətən böyük sölçüləri ilə digərlərindən seçilir. Vaxtilə gözəl naxışlı pəncərə ilə əhatələnmiş, bu gün isə sadəcə yeri qalmış boşluqdan dənizə ecazkar bir mənzərə açılır. Hazırda qapı və pəncərələrdən məhrum olan bağ tikilisi, məlumata görə, nə vaxtsa qoz ağacından düzəldilmiş gözəl dekorativ oyma sənətinin məhsulu olan qapı və pəncərələrə malik olub. “Şah bağı”nın yaşayış binasının mərkəzi, oxvari günbəzlə tamamlanır. Abşeron yarımadasının dini tikililərə xas olan örtük sistemi, sanki ilk baxışda iqamətgahı məscidlərə bənzədir. Binanın bütün fasadları dekorsuz, sadə həlli ilə yadda qalır. Daş navalçalar yağıntıların axınını tənzimləməklə, fasada nisbi zənginlik bəxş edir. Giriş baş tağının kvadrat əsaslı zala aparması ilə başlanır. Zalın künclərindəki dörd hucrə binanın görkəmini tamamlayır. “Şah bağı”nın künclərdəki ikimərtəbəli hücrələri birmərtəbəli zala birləşməklə başa çatır. Küncdəki kiçik otaqlar trompların söykəndiyi kiçik günbəzlərlə örtülüb. Zal diqqəti daha çox öz sadəliyi ilə cəlb edir. Abşeronun gizli qalan sərvətiİnteryerdəki mərkəzi dairəvi hovuzun ilk baxışdan adi sərinləşdirici funksiya daşıdığını güman etmək olar. Amma araşdırmaçıların yazdığına görə, hovuz xüsusi qurğu vasitəsilə bir anda suyu axıdılaraq (Hara axdığı bəlli deyil) müxtəlif istiqamətlərə (dənizə, mühafizə qalalarına, pirə, hətta bəzilərinin dediyinə görə İçərişəhərə) uzanan yeraltı tunellərə giriş rolunu oynayıb. Çox təəssüf ki, belə bir möhtəşəm tikili restavrasiya edilərək indiyədək turistlərin və yerli qonaqlarin istifadəsinə verilməyib. Bu gün iqamətgahın ciddi bərpa və rekonstruksiyaya ehtiyaçı var. Bağın ərazisi zaman keçdikcə hasarların arasında itib -batmağa başlayıb. Hər il yayda bağın ərazisini kol-kos basır və hasar dağıldığı üçün ərazi heyvanların hücumuna məruz qalır. Bu qədim və ecazkar abidə Avropada və digər ölkələrdə olsaydı, çıxdan bərpa edilib istəfadəyə verilmişdi. Ümumiyyətlə, Nardaran kəndində geniş arxeolaji qazıntıların aparımasına zərurət var. Yerli sakinlər həyətdə su quyusu və ya ev üçün bünövrə qazarkən yerin altından müxtəlif tikililərin qalıqları, yaxsı qorunmus otaqlar, qədim yaşaıyış mənbələrinı sübut edən alət və bəzək əşyaları tapılır.Abşeronun gizli qalan sərvətiBir qədər kənarda bir qadın tərəfindən inşa edildiyi deyilən qala binasının tədqiq olunması müxtəlif maraqlı tarixi faktları aşkara çıxara bilərdi. Maraqlıdır ki, qalanın ilk iki mərtəbəsinə çıxmaq üçün giriş yoxdur və yaxud vaxtilə gizli giriş olub və sonradan izi itib.
Abşeronun altı -üstü qiymətli olduğu kimi, qədim abidələri də misilsiz sərvətdir və müvafiq qurumlarç İlk növbədə Mədəniyyət nazirliyi bu sərvəti gələcək nəsillərə çatdırmağa borcludur.

Abşeronun gizli qalan sərvəti


Millitv.az


Daha çox xəbər

Şərh yaz