Bakı Rusiya vətəndaşları arasında yay tətili üçün ən populyar istiqamətlər siyahısının zirvəsində qərarlaşıb.
Millitv.Az report-a istinadən xəbər verir ki, "TurStat" analitik agentliyinin məlumatına görə, ilk "üçlüy"ə həmçinin Minsk və Almatı daxildir.
Azərbaycan paytaxtı həmçinin həftəsonunun keçirilməsi və alış-veriş üçün istiqamətlər reytinqində də birinci olub.
Ən ucuz yay turları Kişinyov və Bişkekdədir.
Agentliyin məlumatına görə, rusiyalı turistlər MDB ölkələrinin şəhər və kurortlarında istirahət üçün sutkada orta hesabla 50-100 dollar xərcləyirlər.