Axtarış...

Yaltaqlıq sindromunun fəsadları

Yaltaqlıq sindromunun fəsadları

Yaltaqlıq saxta pul kimidir. Bugünkü vəziyyətimizə görə dövrədədir.
Əlisa Nicat
Son zamanlar yaltaq insanların, xüsusilə də media sahəsində fəaliyyət göstərən məddah jurnalistlarin sayının sürətlə artması məni çox düşündürür. Əmək və Sosial Müdafiə nəziri Sahil Babayevin adı artıq çoxdandır cəmiyyətdə mənfi formada hallandırılır. Siravi vətəndaşdan tutmuş, siyasi fiqurlara, deputatlara qədər hər kəs bu adamın nazir kimi fəaliyyətini bəyənmir. Onun rəbərlik etdiyi qurum tərəfindən nqazilərimizi incidilməsi, səhid ailələrinin get-gələ salınması, nazirin özünün uşaq pulunun verilməsinə qətiyyətlə qarşı çıxması, amma müavinət sisteminə geniş yer verməsi( Səbəb aydındır, müavinətlərin verilməsi sistemi səffav deyi və milyonlarar silmək üçün genis imkanlar açır, amma uşaq pulununun verilməsində korrupsiya şansı yoxdur.) əhali arasında ciddi narazılığa gətirib çıxarsa da ona mədhiyyə yazan qələm sahiblərinin sayı azalmaq əvəzinə artır. Taleh Sahsuvarlı kimi təcrübəli jurnalistdən tutmuş ,Elçin Zahiroğlu kimi imzası tanınmayan gənclərə kimi nazırin mənfi reputasiyasını yaxşılaşdırmaq üçün canfəşanlıq edənlərin ardı-arası kəsilmir. Mədhiyyə yazanların karyera həyatında uğur qazanmaq üçün bu yola əl atması kənardan nə qədər iyrənc gorunsə də əslində bu cəmiyyətin faciəsidir. Çünki müşahidələr iş həyatına yeni atılanlara kifayət qədər çox örnək təqdim edir. Hələ sovet dovründə geniş vüsət almış məddahlıq bəlası günümüzdə daha sürətlə yayılmaqdadır. Sosial şəbəkələrdə insanların, xüsusilə gənclərin məmurlara( özəl sektorda vəziyyət daha acınacaqlıdır) yonəlik yaltaq mədhiyyələri təkçə ürək bualndırmır, eyni zamanda, bu bulaşıcı xəstəliyin qarşısını almaq üçün həyəcan siqnalı qaldırmağın vacibliyini yada salır. Bu gün yaltaqlıq nümunələrinin sayı o qədər çoxalıb ki, artıq kütləvi şəkil almağa başlayıb. Doqrudur, yaltaqlıq butun dovrlərdə olub, mənfəət, karyera, şəxsi maraq naminə öz şəxsiyyətini alçaldan, çirkaba bulayıb ayaqlar altına atan məxluqlar(onlara insan deməyə dilim gəlmir) olub. Öz aktuallığını 100 il sonra belə qoruyub saxlayan satirik şairimiz Sabir də nahaq yerə deməyib ki, olmasaydı cahanda sarsaqlar, ac qalardı yəqin ki, yaltaqlar. Sabirin bu fikri fransalı daha bir mutəfəkkirin sozlərini yada salır:" Axmaq biri bizi tərifləyəndən sonra o, daha gözümüzə axmaq kimi gorünmür." Bu gün istənilən sahədə yaltaq adamlara rast gəlmək olar. Amma nə yazıq ki, artıq bu ənənə yaradıcı adamlar arasında daha çox formalaşıb. Öz rəisinə yaltaqlananları hardasa başa düşmək olar. Yüksək karyera xətrinə yaltaqlıq edənləri çox görmüşük və bu, bir idarə daxilində qalan nümunələrdəndir. Amma sevmədikləri insanların qarşısında "sual işarəsi" kimi əyilənləri, vəzifədən gedəni asıb-kəsərkən yeni təyin olunanın əmri barədə sərəncamin mürəkkəbi qurumamış iyrənc şəkildə məddahlııq edənləri söyüş, təhqir çirkabına bulaşmaq rəzilliyi belə narahat etmir. Təki altlarında bahalı maşınları, babat vəzifələri, ciblərində bol pulları olsun, üzlərinin tüpürcəkli olmasına belə dözürlər.
Prezidentin həyata keçirdiyi kadr dəşiklikləri zamanı yataqlığın ən iyrənc forması özünü sosial şəbəkələrdə və saytlarda daha açıq biruzə verdi. Yadınızdadirsa, Xaçmaza icra başçısı təyin edilmiş gənc məmurun qəbul gununü ləğv etməsi olduqca biabırçı formada təqdim olundu. Əslində müsbət təşəbbüs olsa belə yaltaqlar dəstəsinin bunu böyük hay-küylə, sanki görünməmiş qəhrəmanlıq nümunəsi kimi təqdim etmələri bu gənc başçının reputasiyasına kölgə salmış oldu. Çünki kənardan belə bir mənzərə ortaya çıxdı ki, sanki bu hay-küyün müəllifi gənc icra başçısı özüdür və kimlərsə onun tapşırığı əsasında piar yayırlar. Hətta bu doğru olmasa belə , məddahların yersiz və şişirdilmiş canfəşanlığı cəmiyyətdə məhz belə bir xoşagəlməz rəy formalaşdırdı.
Yaltaqlıq aşağılayıcı bir anlayış olsa da simasını, mənliyini, şərəfini itirənlər üçün porblem hesab olunmur. Vaxilə saraylarda yaltaqlar dəstəsi olub və onlar əyan -əşrəf sayılırmış. Vəzifəsini itirməmək naminə bu əyanlar yaltaqlıq etməkdə bir -biri ilə yarışa belə giriblər. 21-ci əsrdə idarəetmə sistemi xeyli dəyişsə də bu gün də hakimiyyət eşalonunda,ən pisi isə media aləmində sual işarəsi formasında gəzənlər az deyil. Lakin saray şairləri kimi ad qazanan yaltaqlardan heç birinin adını tarix yaşatmayıb. Bu gün istedadı olan bir çox qələm sahibləri yataqlığı adi həyat tərzinə keçirməklə nə düşünürlər görəsən? Yazdıqları mədhiyyələrlə yaddaşlarda yaşayacaqlarınımı? Bir zamanlar saraylarda və zənginlərin evlərində təməli qoyulan yaltaqlığın müasir dövrümüzdə formasını dəyişməsi ilə vəzifə pillələrində irəliləmək, kimlərinsə etibarını qazanmaq vasitəsinə çevrilməsi kədərli olduğu qədər də utancveridir. Fikir vermisimizsə, yaltaqlar heç vaxt müstəqil fikir yürüdə bilmirlər. Onların gözü daim rəhbərin ağzında olur və onların fikirlərini tutuquşu kimi təkrarlamaqdan başqa bir şey bilmirlər. Həmişə yaltaq insanlar irəli getdikdən sonra istəyirlər ki, vəzifəcə aşağıda olanlar da onlara yaltaqlansınlar. Bu yolla alçalmış, zədələnmiş mənliklərinin sağaldığını düşünürlər. Amma yanılırlar. Yaltaqlıq olduqca qorxulu mərəzdir. Sağalmaz xəstəliyə bənzəyir. Heç bir mənfəət üçün şəxsiyyəti alçaltmağa dəyməz. Çünki şəxsiyyətsiz yaşamaq ölümdən də əzablıdır.

Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz