Xeyli müddətdir ki, mətbu orqan olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş verən qanunsuzluqlardan, korrupsiyadan yazırıq.
Hətta cənab Prezidentimiz İlham Əliyev cənabları müşavirədə dedi ki, bu qurumda su itkisinin 40-50 faiz olması analoqu olmayan haldır, bu korrupsiyadır.
Sözün qısası “Azərmeliorasiya” ilə bağlı əsas mövzuya keçməzdən öncə yazıda adı keçən şəhidimiz Rüstəmov Elnur haqqında qısa məlumat verək.
Rüstəmov Elnur İsmayıl oğlu 1986 -cı ildə Beyləqan rayonunun, Kəbirli kəndində dünyaya gəlib.
Azərbaycan Ordusunun əsgəri olan Elnur Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Rüstəmov 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Rüstəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Rüstəmov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Rüstəmov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Rüstəmov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İndi isə keçək əsas mövzuya.
Hamımız deyirik ki, şəhidlər başımızın tacıdır, onların ailə üzvlərinə diqqətlə yanaşmalıyıq.
Hətta cənab, Prezidentimiz İlham Əliyev cənabları təkrar-təkrar qeyd edir ki, şəhid və qazi ailələrinə diqqətlə, qayğı ilə yanaşmalıyıq.
Təəssüf ki, bəzi məmurlar hələ də bu münasibəti anlamaq istəmirlər.
Saytımıza daxil olan məlumata görə, 10 iyun 2022-ci il tarixdə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, Beyləqan rayonu Kəbirli kənd sakini, şəhid Rüstəmov Elnur İsmayıl oğlunun anası Salatın Rüstəmovanı həmkəndlisi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Suvarma Sistemləri İdarəsdinin müdiri Azim Kərimov təhqir edib, əxlaqsız adlandırıb!
Belə ki, şəhidin anası Rüstəmova Salatın Şiraslan qızı öz hüquqlarını tələb etdiyi üçün Azim Kərimovun tarix müəllimi olan həyat yoldaşı tərəfindən təhqir olunub.
Bununla bağlı şəhidin anası Azim Kərimova müraciət edəndə, Su idarəsinin müdiri şəhidin anasına “ Yaxşı eləyib səni təhqir eləyib” cavabını verib.
Və bu cavabdan sonra şəhidin anası ciddi sağlamlıq problemi, stress yaşayıb.
Gundelik-baku.com media olaraq, uzun müddət ASC-nin sədr müavinlərinin korrupsiya əməlləri barədə kifayət qədər yazmışıq.
Bəs görəsən, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov nə üçün Azim Kərimovun şəhid anasını təhqir etməsinə münasibət bildirmir..? Biz BakıTV.az İnternet Televiziyası olaraq, şəhidin anası və atasının xəstəxanadan müsahibəsini təqdim edirik, qalanları bizlik deyil.
Mövzunu gündəmdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//