İdarə müdiri 30-a yaxın adı olub özü olmayan işçinin əmək haqqı kartını özünə götürərək ayda 5 (beş) min manata yaxın pul əldə edir. Bu barədə PİA.az-a Beyləqandan ünvanlanan şikayət məktubunda bildirilir.
Ancaq Azim Kərimovun dövlət müəsissəsindən əldə etdiyi qanunsuz gəlir təkcə bununla bitmitr. Belə ki, Azim Kərimov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan rayonunda yerləşən yardımçı rermer təsərrüfatına da Hətəm Kərimovu müdir təyin edib və bu təsərrüfatda yetişdirilən qoyun-quzu qardaşların şəxsi mülkünə çevrilib.
Qeyd edək ki, Suvarma Sistemləi İdarəsinin yardımçı təsərrüfatının 80 ha hektar ərazisi var və bu təsərrüfatda 600-dən artıq qoyun yetişdirilir. Verilən məlumata görə Hətəm Kərimov qardaşı Azim Kərimovun göstərişi ilə hər həftə mal-qara bazarına çıxararaq yardımçı təsərrüfatın quzularının satışı ilə məşğuldur. Satışdan əldə olunan gəlir isə qardaşlar arasında bölüşdürülür.
İddiaya əsasən yardımçı təsərrüfatın nəzdindəki qoyunları müxtəlif işlər adı ilə satılaraq pulları mənimsənilib. Hazırda təsərrüfatda 200 qoyunun qaldığı 400 qoyunun isə müxtəlif adlar altında silinərək mənimsənildiyi deyilir. Bundan başqa Azim Kərimov özü 100-ə yaxın qoyun alaraq yardımçı təsərrüfatda saxlatdırır.
O da qeyd olunur ki, Meliorasiya və Su Təsərrüfatının Beyləqan rayonunda yerləşən yardımçı təsərrüfatında baş verən maxinasiyaların başında Azim Kərimovla baş mühasibi Fədayət Rüstəmov dayanır. Satılan qoyunların silinməsi işini məhz Fədayət Rüstəmov təşkil etdirdiyi iddia olunur.
Digər bir məlumatda qeyd edilir ki, Azim Kərimov təsərrüfatın 35 ha torpağında yonca əkdirərək satdırır.
İdarə müdirinin təkcə yonca satışından ildə 50 min manat qazanc əldə etdiyi bildirilir.