Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Millitv.az manset.az-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri ilə polis mayoru Vüqar Orucov Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi təyin edilib.
Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilərək təqaüdə göndərmişdi.
Xatırladaq ki, Xəqani Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.