Qarabağ qazisi, 5 gündür baş həkimi tapa bilmir....
Aytən Qurbanova sabiq deputat Fərhad Qurbanovun qızıdır...
19 saylı şəhər poliklinikasının Baş həkimi Aytən Qurbanova işə niyə gəlmir ?
Baş həkimin vəzifəsini idarə edən müavini madelyerdi ?
10-cu otaqda sağlamlıq haqqında arayış satılır ?
10-cu otağın qapı kilidinin cəftəsi niyə çıxarılıb ?
İlk öncə ondan başlayaq ki, Gündəlik-Bakı olaraq illər öncə yazdıq ki, məmurun sehrli çubuğu-zadı yoxdr ki, vətəndaşın problemini bir andaca həll etsin. Amma...
Əmması odur ki, məmur vətəndaşı insan kimi qəbul edəndə, onun probelminə şərik olanda vətəndaşın probelmi 50 faiz həll olunur, vətəndaşın içində bir mənəvi rahatlıq yaranır.
Çox təəssüf ki, bizim məmurlar vətəndaşlarla görüşməyə, söhbət etməyə 5-10 dəqiqə vaxt tapa bilmirlər.
Bu məsələ cəmiyyətdə ciddi aqressiv vəziyyət yaradır.
Təsəvvür edirsiniz, Qarabağda döyüşmüş insan icra başçısının qəbuluna düşə bilmir.
Biz demirik ki, qəbula düşən kimi icra başçısı problemi həll edəcək. Amma vətəndaşı qəbul etmək, onu dinləmək, nə böyük problemdir..?
Cənab Prezident İlham Əliyev cənabları əbəs yerə məmurlara demir ki, mən də, siz də, xalqın xidmətçisiyik...
Bəs belə olan halda məmurlar niyə hətta vətəndaşı qəbul etməyə vaxt tapmır..?
Qarabağ qazisi, 5 gündür baş həkimi tapa bilmir....
Qarabağ qazisi deyir ki, bir həftədir baş həkimin qəbuluna düşə bilmirəm....
Hər dəfə də Qarabağ qazisinə deyirlər ki, baş həkim Səhiyyə Nazirliyində iclasdadır...
Adam, baş həkim 5 gün Səhiyyə Nazirliyində nə edir...?
Canını Qarabağ döyüşlərində qoyan Qarabağ qazisi soruşur ki, mən 5 gündür xəstəxanaya gedirəm, amma baş həkimi tapa bilmirəm...
Adam, nə iclas-filan, vətəndaş, 5 gün müraciət etməyə heç kimi tapmır....
Sözün qısası, Vətən müharibəsi qazisi Hacı Vəliyevlə Yasamal rayonu ərazisində yerləşən 19 saylı şəhər poliklinikasının baş həkimi Aytən Qurbanova arasında insident yaşanıb.
Bəli, qazi Hacı Vəliyev özü sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, qeydiyyatda olduğu Yasamal rayonu ərazisində yerləşən, əvvəllər də arayış aldığı və müayinə olunduğu 19 nömrəli poliknikaya COVID-19 əleyhinə vaksin pasportu almaq üçün gedib: “Bir xeyli get-gəldən sonra bildirdilər ki, mən burada qeydiyyatda deyiləm. Onlara izah etdim ki, bura qeydiyyatıyam və mənə bununla bağlı arayış da veriblər, müayinə də ediblər. Verilən arayışı oxuduğum İdman Akademiyasına təqdim etmişəm. Hətta burada qeydiyyatda olmağımla bağlı sistemdə şəklimi də çəkib atıblar".
Qazi deyir ki, daha sonra baş həkimin qəbulunda olub: "Baş həkim dedi ki, sən buranın qeydiyyatında deyilsən, sənə kömək edə bilmərik. Yuxarıdakıları dedim və bildirdim ki, onda sizin işçiləriniz mənə arayışı səhv verib. Dedim ki, işçiləri tənbeh edin, daha bir vətəndaş incidilməsin. Bunu deyib ayağa qalxdım və çantamı götürəndə (görən gözüm) sol gözümə həkimin mənə baxıb istehza ilə gülməyi sataşdı. Elə burada da ağrılarım şiddətlənmişdi, tez-tez əlimlə gözlərimi ovuşdururdum. İki dəfə soruşdum ki, niyə gülürsüz? Gülməyə davam edirdi. Mən də dedim şəhid ailələrinə, qazilərə gülənin genində, qanında problem var. Bundan sonra həkim ayağa qalxdı, sol əli ilə stolun üstündə olan qənd qabını vurub aşırdı və beləcə mübahisə yarandı".
Yəni söhbətə güc nazirliklərinin əməkdaşları qarışıb, uzun söhbətlər olub və s...
Amma bütün bunlara ehtiyac var idimi..?
Qarabağ qazisi soruşur ki, məni təhdid etməyə, hədələməyə nə ehtiyac var idi..?
Qarabağ qazisinin dediyinə görə, onları polisə dəvət etsələr də baş həkim Aytən Qurbanova polisə getməkdən imtina edib.
Qazinin dediyinə görə, baş həkim Aytən Qurbanova keçmiş millət vəkili Fərhad Qəribovun qızıdır: “Həyat yoldaşı isə keçmiş polis əməkdaşı Qurbanov Vüqar Akif oğludur. Vüqar Qurbanovun əmisi ilə Ziya Məmmədov qudadır”.
Sözün qısası, şikayətçilərin dediyinə görə, 19 saylı şəhər poliklinikasının Baş həkimi Qurbanova Aytən Fərhad qızını iş yerində tapmaq mümkün deyil.
Günün hansı məqamında katibəsindən baş həkimi soruşursan deyir ki, baş həkim nazirlikdə iclasdadır.
Baş həkim heç vaxt yerində tapılmadığı üçün onun bütün işlərini müavini Yeganə xanım həyata keçirir.
Digər müavin isə Tərxanımdır. Onun da adı mediada neqativ hallarda qeyd olunur.
Amma ən əsası odur ki, Baş həkim Aytən Qurbanova özünü güc orqanlarının yaxını kimi qələmə verərək, heç kimi saymır, ümumiyyətlə, işə gəlib getmir.
19 saylı poliklinikanın ən müammalı otağı 10-cu otaqdır.Hansı ki,həmin otaqda vətəndaşlara sağlamlıq haqqında arayış verilir.Necə və hansı yollarla verildiyini isə,19 saylı şəhər poliklinikasına yaxımlaşıb özünüz görə bilərsiniz.Maraqlısı odur ki,bütün otaqlarda qapının cəftəsi olduğu halda niyə 10 cu otağın qapısının cəftəsini çıxarıblar ?
Kimsə birdən qapını açıb içəriyə nəzər salıb,olanlardan agah olar deyə bu əmələ əl atılıb ?
Onu poliklinikada əvəz edən Yeganə xanıma isə hər gün kimsə bahalı güllər göndərir.
(Redaksiyadan:-Güllərlə bağlı biz heçnə deyə bilmərik, amma düşünürük ki, o gülü ya həyat yoldaşı, ya övladları, ya da qardaşı göndərə bilər.
Bu qadının həkim, yoxsa modelyer olduğunu müəyyən etmək olmur.
Və beləcə Qarabağ qaziləri poliklinikanın qapılarında günlərlə gözləmələli olur.
Sonra da deyirlər ki, Qarabağ qaziləri niyə intihar edir..?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
gundelik baki.com