Axtarış...

Qazi intiharı ilə gündəmə gələn Siraqəddin Cabbarov əslində KİMDİR? - İLGİNC İDDİALAR...

Qazi intiharı ilə gündəmə gələn Siraqəddin Cabbarov əslində KİMDİR? - İLGİNC İDDİALAR...


2008-ci ildən 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, 2019-cu ildən isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Siraqəddin Cabbarov barəsində yazmaq üçün bir xeyli uzaqdan başlamalı oldum.
Mən Azərbaycanda yüksək vəzifə tutmağın yollarını dəqiq bildiyim üçün Siraqəddin müəllimin karyera trayektoriyasına nəzər salmalı oldum.
Bəli, Siraqəddin Cabbarov İmişlidəndir. Aha. Ramiz Mehdiyevin kürəkəni, Milli Məclisin sabiq üzvü İlham Əliyevin anası da İmişilidəndir, atası Maştağalıdır.
Deməli, gəldik mətləb üstünə.
Bu yerdə mövzudan kənara çıxıb, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin rəsmi tərcümeyi-halına nəzər salaq:
İlham müəllim 1967-ci il aprelin 26-da anadan olub. Bakı Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir.
Azərbaycan Milli Məclisinin IV və V çağırış deputatı seçilmişdir.
Bilməyənlər üçün qeyd edək ki, Milli Məclisə IV çağırış 2010-cu il deməkdir.
Görəsən, Ramiz Mehdiyevin kürəkəni, 2010-cu ilədək, yəni ( 2010- 1967 = 43 ) 43 il harada olub..?
Bu adam deyir ki, ali təhsilli hüquqşünasam-filan. Bəs niyə bu adamın rəsmi tərcümeyi-halında bu barədə bircə cümlə yoxdur..?
Bu adam 43 il Maştağada meyxana deyirdi..?
İlham Əliyevin tələbə vaxtı Maştağa sakinlərinə nələr danışdığını biz əla bilirik, amma yeri deyil…
Nə isə qayıdaq əsas mövzumuza, yəni Siraqəddin Cabbarov məsələsinə.
Bəli, Siraqəddin Cabbarovun icra başçısı olması məhz, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə bağlıdır.
Daha dəqiq desək, İmişlidən olan bir deputatın anası ilə Ramiz Mehdiyevin kürəkəni İlhamın anası İmişlidən olduğu üçün dost idilər. Və deputatın sözü ilə Ramiz Mehdiyevin kürəkəni İlham, qaynatası Ramiz Mehdiyevdən xahiş elədi və Siraqəddin Cabbarov Saatlının icra başçısı oldu.
Bu qədər sadə və bəsit.
Bəli, mexannik- “xozotdel”-“profkom” Siraqəddin Cabbarov icra başçısı oldu.
Görək, bu adamın keçmişi nə olub..?
Bu dəfə də Siraqəddin Cabbarovun tərcümeyi-halına nəzər salaq.
Bu adam 1959-cu ildə İmişlidə doğulub, 1981-ci ildə Politexnik İnstitutu mexannik ixtisası üzrə bitirb.
Bakı Metaləritmə zavodunda komsomol katibi, “profkom”un sədri olub, 1989-cu ildən 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında “Mənzil bölüşdürməklə” məşğul olub, Təsərrüfat şöbəsinin- “xozotdel”in müdiri və başçının müavini olub.
2008-ci ildən 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb və 2019-cu ildən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısıdır.
Fikir verdinizmi, keçmiş “xozotdel” olan Siraqəddin həmişə pullu vəzifələrdə işləyib, mənzil satıb, həmkarların pulsuz putyovkalarını satıb, icra hakimiyyəti üçün aftafaların, mebellərin və s malların alınması, yəni “xoztovar” məsələsinə baxıb.
Və günün birində Siraqəddin Cabbarov Ramiz Mehdiyevin “xeyir-duası” ilə Saatlının icra başçısı olub.
Bu adam hələ Binəqədidə icra başçısının müavini olarkən, müxtəlif avtobus marşrutlarını əlinə keçirib, rayon ərazisində xeyli sayda ticarət obyekti, mülkləri var. Hətta Binəqədidə İlhamə adlı xanıma dəyəri 100 minlər olan villa tikdirib ad günündə hədiyyə edib. Əgər inanmırsa Sevinc xanımdan soruşsun.
Bir xanıma 100 min dəyəri olan villa hədiyyə edən Sirqadəddin Cabbarov Qarabağ qazisinin ailəsini qəbul etmək istəmir.
İkinci Qarabağ Müharibəsində şəhid olanların ailələri icra başçısı Siraqəddinin davranışlarından və üzərinə düşən qanuni vəzifələrini icra etməməsindən dövlət qurumlarına nə qədər şikayət yazırlar.
Təsəvvür edirsiniz, bu adam aylarla gəlib-gedən sakinləri qəbul etmir, narazı vətəndaşlar Prezident Aparatına qəbula gedirlər.
Axı, nə üçün vətəndaş yüz kilometrlərlə yol qət edib PA-a getməlidir ?
Bəs nə üçün Siraqəddin Cabbarov dövlətdən maaş alır?
Sakinlər yazır ki, aylarla bizi qəbul etməyən icra başçısı Siraqəddin Cabbarov sakinləri qəbul edəndə də təhqir edir, hətta qəbul zamanı 70 yaşlı rayon sakininin üzərinə cumaraq ona söyüş söyür, təhqir edir. Bunu biz demirik, hörmətli Sıraqəddin müəllim, rəhbərlik etdiyiniz rayon sakinləri deyir, media qurumları da yazır.
Təsəvvür edirsiniz, 200 min nəfərə yaxın əhalisi, 80-dən çox kəndi və rayon mərkəzi olan bir rayonun talehini Siraqəddin Cabbarova tapşırıblar.
Bu adam şəhid ailələrinə, qazilərə həqarətlə yanaşır.
Hətta qazilər yazır ki, bu adam niyə bizə nifrət edir ?
Bunun səbəbi nədir ?
Döşündəki, “Vətənə xidmətə görə” ordeninə bax.
Camaatdan utanmırsan, barı, o ordeni sənə verəndən abır-həya elə...
Rayondakı idarə müdirləri, sahibkarlar sənin əlindən beziblər.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S. Biz Sıraqəddin Cabbarovu tanıyırıq. Hətta Binəqədidə 1 hektarlıq ərazidə yerləşən dəbdəbəli villasını da. Olsun, Allah xeyirli etsin. Amma xahiş edirik camaata diqqətlə yanaşın, axı biz eyni xalqın, eyni millətin nümayəndəsiyik. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz