Üslubumuza uyğun olaraq haqqında bəhs edəcəyimiz şəxsin öncə avtobioqrafiyasına, keçmişinə, həyat yoluna nəzər salırıq.
Bu dəfə də Siraqəddin Cabbarovun tərcümeyi-halına nəzər salaq.
Bu adam 1959-cu ildə İmişlidə doğulub, 1981-ci ildə Politexnik İnstitutu mexannik ixtisası üzrə bitirb.
Bakı Metaləritmə zavodunda komsomol katibi, “profkom”un sədri olub, 1989-cu ildən 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında “Mənzil bölüşdürməklə” məşğul olub, Təsərrüfat şöbəsinin- “xozotdel”in müdiri və başçının müavini olub.
2008-ci ildən 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb və 2019-cu ildən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısıdır.
Fikir verdinizmi, keçmiş “qamsomol”çu olan Siraqəddin həmişə pullu vəzifələrdə işləyib, mənzil satıb, həmkarların pulsuz putyovkalarını satıb, icra hakimiyyəti üçün aftafaların, mebellərin və s malların alınması, yəni “xoztovar” məsələsinə baxıb.
Və günün birində Siraqəddin Cabbarov Ramiz Mehdiyevin “xeyir-duası” ilə Saatlının icra başçısı olub.
Bu adam hələ Binəqədidə icra başçısının müavini olarkən, müxtəlif avtobus marşrutlarını əlinə keçirib, rayon ərazisində xeyli sayda ticarət obyekti, mülkləri var. Hətta Binəqədidə İlhamə adlı xanıma dəyəri 100 minlər olan villa tikdirib ad günündə hədiyyə edib.
Bir xanıma 100 min dəyəri olan villa hədiyyə edən Sirqadəddin Cabbarov Qarabağ qazisinin ailəsini qəbul etmək istəmir.
İkinci Qarabağ Müharibəsində şəhid olanların ailələri icra başçısı Siraqəddinin davranışlarından və üzərinə düşən qanuni vəzifələrini icra etməməsindən dövlət qurumlarına nə qədər şikayət yazırlar.
Təsəvvür edirsiniz, bu adam aylarla gəlib-gedən sakinləri qəbul etmir, narazı vətəndaşlar Prezident Aparatına qəbula gedirlər.
Axı, nə üçün vətəndaş yüz kilometr yol qət edib PA-a getməlidir ?
Bəs nə üçün Siraqəddin Cabbarov dövlətdən maaş alır?
Sakinlər yazır ki, aylarla bizi qəbul etməyən icra başçısı Siraqəddin Cabbarov sakinləri qəbul edəndə də təhqir edir, hətta qəbul zamanı 70 yaşlı rayon sakininin üzərinə cumaraq ona söyüş söyür, təhqir edir.
Təsəvvür edirsiniz, 200 min nəfərə yaxın əhalisi, 80-dən çox kəndi və rayon mərkəzi olan bir rayonun talehini Siraqəddin Cabbarov kimi təsadüfi bir adama tapşırıblar.
Bu adam şəhid ailələrinə, qazilərə həqarətlə yanaşır.
Hətta qazilər yazır ki, bu adam niyə bizə nifrət edir ?
Bunun səbəbi nədir ?
Bəlkə bunun qohumlarını müharibədə öldürmüşük ?
Siraqəddin Cabbarov Rusiyadaklı biznesini qoyub gəlib Qarabağda döyüşən və hazırda əlil olan qazinin evinə 30 manatlıq ərzaq göndərib və deyib ki, imkanım buna çatır.
Ay Siraqəddin, sənin Saatlıda qoyun sürülərin, Sabirabadda camış fermaların, Binəqədidə 10-dan artıq avtobus marşrutların və daha nələrin var.
Sənin bir şəhid məzarını götürməyə imkanın yoxdurmu ?
Xanım dostuna villa bağışlaya bilirsən, amma səni ermənilərin əlindən xilas edən qaziyə kömək edə bilmirsən ?
Siraqəddin Cabbarov, biz demirik, bunu 200 min sakini olan Sabirabad camaatı deyir:
Döşündəki, “Vətənə xidmətə görə” ordenindən utan.
Sən nə vaxt vətənə xidmət etmisən, cənab Cabbarov ?
Cammatdan utanmırsan, barı, o ordeni sənə verəndən abır-həya elə...
Rayondakı idarə müdirləri, sahibkarlar sənin əlindən beziblər. Hər ay sənə nə qədər aylıq verirlər.
Siraqəddin Cabbarov, sənin başına DƏMİR YUMRUQ gələndə səni “xaç atan” Ramiz Mehdiyev də xilas edə bilməyəcək. Başa düşdünmü ? //gundelik-baku.com//