Axtarış...

"Elxan Nəcəfovu ALDADIRLAR..." - Cəlilabadda NARAZILIQ

"Elxan Nəcəfovu ALDADIRLAR..." - Cəlilabadda NARAZILIQ


“Düşünürdük ki, regional Təhsil İdarələri yarandıqdan sonra hansısa məktəb rəhbərinin haqsızlıq etməyə cəsarəti çatmayacaq. Lakin təəssüflər olsun ki, bəzi məktəb rəhbərləri nəinki haqsızlıq, hətta tərbiyəsizlik belə etməkdən çəkinmirlər”.

Millitv.az xəbər verir ki, bunu Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Əliyev Əlizamin Zöhrab Oğlu “AzPolitika.info”-ya göndərdiyi şikayət məktubunda yazıb.

O, qeyd edir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi (LARTİ) rəhbərinin xoş niyyətli xəbərdarlığına baxmayaraq, onun humanistliyindən istifadə edib bəzi məktəb rəhbərləri öz neqativ hərəkətlərini davam etdirməkdədir. “Təəssüf ki, Regional Təhsil İdarəsi tərəfindən göndərilən yoxlamalar isə ənənəvi qaydada direktora yaxın olan bir neçə şəxsdən aldıqları formal xarakterli izahatlarla baş verən qanunsuzluqları ört-basdır edərək, İdarənin rəhbəri Elxan Nəcəfovu aldadırlar”, - müəllim vurğulayıb.
Əlizamin Əliyev bildirir ki, Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə qalmaqal bitmək bilmir. Onun yazdığına görə, əvvəl diaqnostik qiymətləndirmədən 14 bal toplayan Cəfərov Seymur Bəxtiyar oğlunun tərbiyə işləri üzrə direktor müavini təyin olunması və direktor səlahiyyətlərinin ona verilməsindən doğan narazılıqlar, daha sonra hər gün baş verən qeyri-qanuni pul yığımları və digər neqativ hallar səngimək bilmir: “Məktəb direktoru səlahiyyətlərini icra edən Seymur Cəfərova “gözün üstündə qaşın var” deyən olmadığı üçün, o, yol verdiyi qanunsuzluqları davam etdirir. Məktəbdə direktorun uşaq döyməsindən tutmuş müxtəlif adlar altında pul yığılmasına qədər hər cür neqativ hadisələr baş verir. Son baş verənlər isə nə təhsil , nə də müəllim adına yaraşan bir davranış oldu. Belə ki, mən məktəbdaxili qiymətləndirmə olan BSQ-nin müəllim tərəfindən deyil, məktəb rəhbərliyi tərəfindən keçirilməli olduğunu dediyimə görə Seymur Cəfərovun və onun Göytəpə şəhər 3 nömrəli məktəbdə tarix müəllimi işləyən qardaşı Mübariz Cəfərovun təzyiqlərinə məruz qaldım. Hər iki “müəllim” qardaşlar öz sosial hesablarından ünvanıma müəllim adına yaraşmayan əxlaqsız sözlərlə təhdid, təhqir və böhtanlar yağdırmağa başlayıblar. Hər iki şəxsin yazdıqlarını xeyli sayda təhsil işçisi və şagirdlər görüblər. Onların əxlaqsız paylaşımlarına görə LARTİ rəhbəri Elxan Nəcəfova rəsmi müraciət edilib. İnanırıq ki, ictimaiyyət tərəfindən mənfi qarşılanan bu hərəkətin cəzası həm cənab Elxan Nəcəfov, də aidiyyatı qurumlar tərəfindən veriləcək”.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz