Dövlət Məşğulluq Agentliyi "Mobil peşə" layihəsi üzrə işlərin və xidmətlərin satın alınması üzrə tenderin qalibini açıqlayıb. DİA.AZ xəbər verir ki, 619 min 714 manatlıq tenderin qalibi "Lotus Co" QSC olub.
Tenderlə tədbirin loqotipi, brendinq elementləri və brendbuk hazırlanacaq, tədbir məkanı tapılacaq və digər işlər təşkilati işlər görüləcək.
Göründüyü kimi, elə tenderin mahiyyəti də ortada kifayət qədər şübhəli durumdan xəbər verir. Hər halda "Lotus Co" QSC-yə 600 mindən çox vasiti az qala elə-belə verirmiş kimi görünürlər ki, bu da müvafiq qurumların diqqətini cəlb etməlidir.
DİA.AZ xatırladır ki, "Lotus Co" QSC-yə ƏƏSMN şefi Sahil Babayevin nəzarət zonasından HAVAYI PULLAR ilk dəfə deyil ki, yönləndirilir. Buna qədər də bir skandala şahidlik etmişdik. Belə ki, 2 il əvvəl "Lotus Co" QSC Sahil Babayevə 35 min manatlıq bayraq sırımışdı ki, bu da zamanında geniş ictimai müsakirəyə nədən olmuşdu.
Araşdırmalar nəticəsində aydın olur ki, elə həmin 2020-ci ilin sentyabr ayında sözügedən şirkətə eyni xəttlə 2 mln. 945 min manatlıq 3 müxtəlif tender də ƏMANƏT OLUNMUŞDU,
Dia.az bildirir ki, "Lotus Co" QSC 2017-ci ilin avqustunda yaradılıb. Vergilər Nazirliyinin saytındakı kommersiya hüquqi şəxslərin reyestr məlumatlarında göstərilir ki, sahibi Seymur Məmməd oğlu Cəfərovdur. Nizamnamə kapitalı 2010.00 manat olan şirkətin ofisi Bakıda yerləşir (Nəsimi rayonu, Mir Cəlal 4 Mkr, ev 60, m 89).
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...