Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərində, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi evlərin və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi daha bir açıq tenderə yekun vurub.
DİA.AZ xəbər verir ki, tenderin qalibi “Az Graft Construction” MMC-dir.
Qalib şirkətə 4 milyon manat ödəniləcək.
DİA.AZ xatırladır ki, “Az Graft Construction”a fevralda da eyni məqsədlə 3,5 milyon manat ödənilib. Və qeyd edək ki, bu da hamısı deyil... Qeyd edək ki, “Az Graft Construction” 44 günlük Vətən Müharibəsi zamanı düşmən atəşlərindən zərər görmüş ev və obyektlərin təmiri məqsədilə də dövlətdən kifayət qədər böyük həcmli tenderləri udsa da, bu işdə yol verdiyi nöqsanlar səbəbindən yerli KİV-də dəfələrlə tənqid hədəfinə çevrilmişdi:
https://www.aztoday.az/news/157348.htmlDİA.AZ-ın apardığı araşdırmalara görə, “Az Graft Construction” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi İsgəndər Qasımovdur. Şirkətin 09.02.2022-ci il tarixinə vergi borcu 5 896 manatdır.
Hər halda, fəaliyyəti narazılıqlara səbəb olan şirkətlərə dövlət qurumlarının təkrar etimad göstərmələri müvafiq qurumlar tərəfindən şübhəyə alınmalı və araşdırılmalıdır.
Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...