Axtarış...

DÖVLƏT SİRRİ KİMİ TENDER keçirirlər... - Görünəni budur...

DÖVLƏT SİRRİ KİMİ TENDER keçirirlər... - Görünəni budur...


Sanki, son illər əksər dövlət müəssisələri "tender" adı altında dövlət büdcəsinə "kütləvi hücum"a keçiblər.
Dövlət Satınalma Portalında hər gün 10-larla bağlanmış tender müqavilələri dərc edilir. Lakin, çox zaman o müqavilələrdə qeyd edilən məbləğlər təyinatı üzrə xərclənmir və yalnız kağızlar üzərində həmin məbləğlərin "taleyi həll olunur", vəssalam...

Yeri gəlmişkən, bütün bunlar ölkə başçısının da diqqətindən yayınmayıb. Hətta, o bəzi çıxışlarında da bu barədə məlumatlı olduğunu vurğulayıb və ciddi xəbərdarlıq edib. Ölkə başçısının ciddi xəbərdarlıqlarına rəğmən, bir çox dövlət qurumları, dövlət müəssisələri bu gün də həmin əməllərini davam etdirirlər.

Belə ki, "DogruXeber.az"ın xəbərinə görə 02.06.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda Abşeron rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi" ilə "Sinam" MMC arasında bağlanmış "Qeyri maddi aktivlər ( Proqram təminatının (SERP ) modullarına texniki dəstək xidmətləri" müqaviləsi barəsində məlumat dərc edilib.

"Məlumat" deyərkən, yəni sadəcə müqavilənin adı və məbləğ (24.000 AZN) qeyd edilib. Ətraflı məlumat bölməsi isə boş saxlanılıb.
DÖVLƏT SİRRİ KİMİ TENDER keçirirlər... - Görünəni budur...

Odur ki, bununla bağlı məlumat almaq üçün "Abşeron rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi"nin baş mühasibi Şəmsiyyə xanıma zəng etdik. Özümüzü təqdim edib, bizi maraqlandıran sualı ünvanladıq.

Təsəvvür edirsiniz?

Dövlət müəssisəsinin baş mühasibi Şəmsiyyə xanım mətbuat nümayəndəsinin sualına "sual"la cavab verir: "Xanım, siz bu sualı bizə vermək üçün hardansa icazə almısınız?".

Bəli, dövlət müəssisəsində məsul vəzifədə çalışan bir dövlət qulluqçusunun mətbuat nümayəndəsinə cavab əvəzinə verdiyi bu sual gülünc olduğu qədər də təəssüf doğuran və acınacaqlıdır.

Cavab veririk:
- Şəmsiyyə xanım, mətbuat nümayəndəsi sual vermək üçün, kimdənsə icazə almasına ehtiyac yoxdur. Sizə sual veririk, çalışdığınız müəssisənin imzaladığı tender müqaviləsi haqqında satınalınma portalında ətraflı məlumat yoxdur. Bununla bağlı nə deyə bilərsiniz? Hər hansı bir açıqlamanız varmı?
.............

Şəmsiyyə xanım sualı sonuna qədər dinlədi və cavab vermədən telefonu söndürdü. "Bəlkə şəbəkədə problem yarandı" deyə düşündük, təkrar bir də aradıq...
Bir də...
Bir də....

Anladıq ki, Şəmsiyyə xanım deyəcək sözü olmadığı üçün nömrəmizi "blok" edib.

Doğrusu, baş mühasibin telefonu söndürməsi və nömrəmizi "qara siyahı"ya salması, bizdə sözügedən müqavilədəki "qara nida"dan daha çox şübhə yaratdı.

Sizcə də elə deyilmi?

Təbii ki, bununla bağlı ətraflı araşdırma aparmaq və qanuni tədbirlər görmək hüququ aidiyyatı qurumlara məxsusdur ki, həmin qurumlara göndərilməsi üçün də "DogruXeber.az" redaksiyası tərəfindən rəsmi müraciətlər hazırlanır.
Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz