Axtarış...

Korrupsiya qoxulu səhiyyə ocağı... - İLGİNC FAKTLAR

Korrupsiya qoxulu səhiyyə ocağı... - İLGİNC FAKTLAR

Ötən ayın əvvəlində Azərbaycan Respublikası Baş Prokurorluğu “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi (PHŞ) Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdirinə cinayət işi açılması ilə bağlı məlumat yaydı. Məlumatda bildirilirdi ki, bir qrup tibb işçisinin qanunsuz olaraq müxtəlif şəxslərin saxta peyvənd sertifikatı almalarını təmin etmələri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb... (Məlumatla bu linkdən tanış ola bilərsiniz: https://www.e-huquq.az/az/news/huquq_muhafize/41648.html)
***
Millitv.az xəbər verir ki, yenixeber.org-a Abşeron rayon səhiyyə müəssisələri ilə bağlı "korrupsiya qoxulu" yeni məlumatlar daxil olub... Məlumatlarda qeyd edilir ki, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi İstilik enerjisi təminatı ilə bağlı “Xəstəxana İstilik Təchizatı 2014” MMC ilə müqavilə bağlayıb. 19.01.2022-ci il tarixdə start götürən müsabiqəyə 4 gün əvvəl-17.02.2022-ci ildə yekun vurulub.
“Xəstəxana İstilik Təchizatı 2014” MMC “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin sifarişi ilə rayondakı səhiyyə müəssisələrini istilik enerjisi təmin edəcək və qarışılığında 75000 manat alacaq.
Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)
“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən...(?) “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi “Xəstəxana İstilik Təchizatı 2014” MMC ilə75000 manatlıq müqavilə bağlayıb!
“Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki? Niyə görüləcək işin detalları açıqlanmır? “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi ilə “Xəstəxana İstilik Təchizatı 2014” MMC-ni adlarındakı eynilikdən başqa daha hansı tellər bağlayır? Və s.
Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsdən açıqlama almaq istəsək də alınmadı... Hörmətli direktor xanım Mehriban Qaralovaya 3 gün əvvəl ünvanladığımız elektron sorğu hələ də cavabsızdır(?)
“Xəstəxana İstilik Təchizatı 2014” MMC ilə isə əlaqə yarada bilmədik. Səbəb isə heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinin olmamasıdır(?)
Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.
Mövzunun davamı olacaq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz