Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Rayonun Yasaboba kənd sakini, 2000-ci il təvəllüdlü Gümrah Səfərquliyev Seyidli kəndində yerləşən “Flaqman” istirahət mərkəzində özünü öldürüb. O, istirahət mərkəzinin həyətindəki ağacdan özünü asıb.
G.Səfərquliyevin meyiti dünən saat 10 radələrində aşkar edilib və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Qeyd edək ki, intihar edən gənc Vətən müharibəsi iştirakçısı olub.
Faktla bağlı araşdırma aparılır.
Yenicag.az